Bakıda ağır qəza: ölən var




Bakıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış şəxs vəfat edib. 

Lent.az xəbər verir ki, dünən Zığ yolunda "VAZ 2107" markalı, 99 EE 751 dövlət qeydiyyat nişanlı avtomobil 1943-cü il təvəllüdlü Əliyev Əlisa Əlimusa oğlunu vurub. Nevrocərrahiyyə xəstəxanasına gətirilən 74 yaşlı kişi üçün ambulator müalicə təyin olunaraq evə buraxılıb. O, gecə saatlarında yaşadığı evdə vəfat edib.

Faktla bağlı araşdırma aparılır.