Bakıda erməni mahnısının oxunmasında xüsusi maraq var
21:24 03.07.2017
Arxiv
864
Məqsəd bizim dost xalq olduğumuzu beyinlərə yeritməkdir
Son günlər Bakı mağazalarında, taksilərdə, ictimai obyektlərdə erməni mahnıları səsləndirilir. Əsasən də erməni müğənnisi Sakonun "Mi Gna” mahnısı demək olar ki, hitə çevrilib.
Bir müddət öncə sözügedən mahnı Bakıda bir taksidə səslənirmiş ki, sərnişinlərdən biri buna etiraz edib. Həmin mahnının bu günlərdə Nizami küçəsində fəaliyyət göstərən Türkiyənin məşhur FLO ayaqqabı mağazasında səsləndirildiyi haqqında da məlumat KİV-də dərc olunub.
Ən son da Yasamalda bir marketdə həmin mahnı səsləndiriləndə, əməkdaşımız satıcıya irad bildirib. Satıcı isə and-aman edib ki, bu mahnının ermənilərə aid olduğunu bilmir.
Deməli, Bakıda məşhurlaşan erməni ifaçısı Sakonun "Mia Gna” mahnısını əksəriyyət bilmədən dinləyir.
İlk baxışdan bunu adi bir anlaşılmazlıq kimi dəyərləndirmək, oxuyanın erməni olduğunu bilməyiblər deyə, üstünə getməmək də olar. Amma məsələnin başqa bir tərəfi də var. Kim təminat verə bilər ki, bu erməni musiqisini şəhərin mərkəzi hissəsində məqsədli olaraq səsləndirmirlər? Bu hətta Azərbaycan cəmiyyətinə Ermənistan xüsusi xidmət orqanlarının mesajı da ola bilər ki, istədiyimiz an paytaxtda hər hansı bir terror aksiyası da törədə bilərik. Bakıda erməni mahnılarının səsləndirilməsi həm də ona görə təhlükəlidir ki, erməni dilini bilməyən insanlar, xüsusən də gənclərin həmin mahnını sevərək dinləməsi bilmədən də olsa onlarda erməni sevgisinin formalaşmasına rəvac verə bilər.
Onsuz da son zamanlar üçüncü ölkələrdə yaşayan erməni ziyalılarının, QHT nümayəndələrinin Bakını su yoluna çevirməsi cəmiyyətdə kifayət qədər ikrah doğururdu. Bu azmış kimi indi də mahnılarının vasitəsilə mədəniyyətlərini ölkəmizə sırımaq istəyirlər. Ziyalılarımız isə hesab edir ki, Bakı küçələrində, ticarət mərkəzlərində erməni mahnısının səslənməsinə adi hal kimi yanaşmaq olmaz.
Sabah o mahnı sədaları, güllə səsləri ilə də əvəzlənə bilər. Bəzi xüsusi adamların ölkəmizdə ermənilərin təbliğatı ilə məşğul olduqlarını deyən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı hesab edir ki, o mahnıya qulaq asanların heç də hamısı bunu bilərəkdən etmir. Əksəriyyəti elə bilir ingilis, ispan, yunan və s. hansısa xalqın mahnısıdır. Çünki bizdə erməni dilini bilən çox az adam var:
"Sadəcə maraqlıdır, bu mahnı necə hitə çevrilib?! Demək ki, bunun Azərbaycanın mərkəzində, paytaxtında səslənməsində maraqlı adamlar var. Məqsəd də bəllidir. Ermənilərin təbliğatını aparmaq, bizim dost xalq olduğumuzu beyinlərə yeritməkdir. Amma nəzərə alsınlar ki, erməni bizə heç zaman dost olmayıb. Ermənilər bizim torpaqlarımızı işğal ediblər, işğal hələ də davam edir. Şəhidlərimizi biz necə unuda bilərik?! Qazilərimiz var ki, onlar ermənilərlə dostluğa imkan verərlərmi?! Qətiyyən bu mümkün deyil. Ona görə də erməni mahnılarını yayan xüsusi qüvvələrin arzuları gözlərində qalacaq”.
A.Nağının sözlərinə görə, ermənilərə məxsus musiqilərə bilməyənlərin qulaq asdığını gördükdə, bilənlər iradlarını səsləndirsinlər:
"Bunun qarşısının alınması bir az çətindir. Çünki indi internet əsridir. Hər kəs, mahnını yükləyib, qulaq asa bilir. Sadəcə ictimai qınaqla qarşısını almaq, mənfur təbliğata əks-təbliğatla son vermək olar”.
Qeyd edək ki, FLO-nun Bakıdakı satış mərkəzinin brend meneceri Əkbər Adıgözəlov azxəbər.coma artıq məsələ ilə bağlı şirkətin qərar verdiyini bildirib: "Əvvəla onu deyim ki, hadisə FLO-nun Türkiyə şöbələrindən birində yaşanıb. Hadisənin Bakı şəhərində yerləşən "FLO” ayaqqabı mağazalarına heç bir aidiyyəti yoxdur. Artıq məsələ ilə bağlı FLO şirkətinin Türkiyədəki baş ofisi qərar verib. Qərarda bu mahnının mağazalarda səslənməsinə icazə verilməyəcəyi bildirilib”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya