
Bakıda keçiriləcək final - Oyunu ətrafında düşünülmüş və sistemli şəkildə qara piar aparılır
14:14 22.05.2019
Arxiv
570
"Bəzi beynəlxalq dairələr tərəfindən Bakıda keçiriləcək final oyunu ətrafında düşünülmüş və sistemli şəkildə qara piar aparılır. Burada təbii ki, maraqlı olan ilk qüvvə Ermənistandır”.
Bunu "Sherg.az”a açıqlamasında AĞ Partiya sədri Tural Abbaslı deyib.
Partiya rəhbəri bildirib ki, ermənilər bizim torpaqları işğal ediblər və istənilən fürsətdən istifadə edərək Azərbaycanı "vəhşi” obrazda göstərib, işğala əsas qazandırmağa çalışırlar:
"Guya bu yolla sübut edəcəklər ki, Azərbaycanda toleranrlıq, dözümlülük yoxdur, qeyri millətlərə və dinlərə qarşı aqresiya var. Odur ki, erməni əsilli hansısa oyunçunun "Arsenal”ın tərkibində Bakıya gəlməməsini bilərəkdən şişirdirlər. Əslində Bakıda dəfələrlə beynəlxalq əhəmiyyətli idman yarışları, elmi konfranslar keçirilib və həmin yarışlarda kifayət qədər erməni əsilli insanlar iştirak ediblər.
Fikirimcə, burada diqqət çəkən əsas məsələ Ermənistanın özünü necə aparması deyil, digər Avropa ölkələri və qurumlarının tutduqları mövqedir. Onlar özlərini elə aparırlar ki, sanki, vətəndaşları, idmançıları Bakıda heç vaxt olmayıblar. Bu günə qədər heç bir xarici vətəndaşa qarşı Bakıda, Azərbaycanın digər şəhər və bölgələrində zorakılıq olmayıb. Xalq olaraq tolerant və qonaqpərvərik”.

T.Abbalı düşünür ki, bir sıra Qərb dövlətləri əllərinə düşmüş "imkandan” istifadə edərək Azərbaycan hökumətindən öz maraqlarına uyğun hansısa güzəştlər əldə etmək istəyirlər:
"Əgər Mxitaryanın özü gəlmək istəmirsə, ya da "Arsenal” klubu onu heyətin tərkibində gətirmək istəmirsə, burada Azərbaycanın nə günahı ola bilər? Əgər idmançı gələrsə və ona qarşı səhlənkarlıq ucbatından hansısa zorakılıq edilərsə, o zaman nələrsə deyilə bilər. Mən ümumiyyətlə bu məsələdə ölkəmizin və vətəndaşlarımızın narahat olmasının tərəfdarı deyiləm. Biz ölkə olaraq qərarlarımızı vermək və bu qərarların arxasında durmağı bacarmalıyıq. Mxitaryan hansısa səbəbdən gəlmirsə, heç gəlməsin. Azərbaycanın dünyadakı mövqeyi bir Mxitaryanın davranışından asılı deyil və asılı da olmamalıdır. Biz müxalif yönümlü AĞ Partiya olaraq bu məsələdə Azərbaycanın maraqlarını və mövqeyini hər şeydən üstün tuturuq. Bizə qarşı təşkil olunan təzyiqlərdə Vətənimizin yanındayıq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət