Bakıda qəbul imtahanıdan sonra yoxa çıxan abituriyent tapıldı - YENİLƏNİB




İyunun 22-də Bakıda ailə məktəbə qəbul imtahanı verdikdən sonra naməlum şəraitdə itkin düşən Neftçala sakini, 2000-ci il təvəllüdlü Əliyev İbrahim Yaşar oğlu tapılıb. Lent.az xəbər verir ki, iyulun 24-sə səhər saatlarında bibisi tərəfindən rayona yola salınan və daha sonra barəsində məlumat almaq mümkün olmayan gənc paytaxtın Nəsimi rayonu ərazisində tapılıb. O, gecə saatlarında Neftçalada ailəsinə təhvil verilib.
17 yaşlı İbrahimin atası Yaşar Əliyev Lent.az-a bildirib ki, oğlu qəbul imtahanında sualları yaxşı cavablandıra bilməyib və bu səbəbdən sarsıntı keçirib və imtahanı yarımçıq tərk edib: "Görünür buna görə sıxıntı keçirib. Bizə əvvəlcə onu rayon ərazisində gördüklərini demişdilər. Yəqin yenidən Bakıya qayıtmaq qərarına gəlib. Dünən gecə Nəsimi rayonu ərazisində digər oğlumun dostları İbrahimi tapıblar".
******
25 iyun
İyulun 22-də Bakıda ali məktəbə qəbul imtahanı verən Neftçala rayon sakini, 2000 ci il təvəllüdlü Əliyev İbrahim Yaşar oğlu itkin düşüb. Lent.az xəbər verir ki, 1 ci qrupa imtahan verən gənc daha 2 gün bibisinin evində qalandan sonra səhər təxminən saat 07:15 də taksi ilə Neftçalaya yola düşüb. Lakin daha sonra ondan xəbər almaq mümkün olmayıb.
İbrahimin atası Yaşar Əliyev Lent.az-a bildirib ki, dünən oğlunu Neftçalada görənlər olub və axtarışlar davam etdirilir: "Biz polisə də müraciət etmişik. Dünən səhərdən etibarən uşaqdan xəbər ala bilmirik”.
İbrahimi görənlərdən və ya haqqında məlumatı olanlardan bu nömrələrlə əlaqə saxlamaları xahiş edilir:
+994(50) 727 96 16, +994(55) 907 52 69 (atası Yaşar)