Bakıda qonşusunu döyə-döyə öldürənə AĞIR CƏZA





Qonşunu döyərək öldürməkdə təqsirləndirilən Şöhrət Qədimovun cinayət işi üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən, Şöhrət Qədimov 13 il müddətə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror onun 14 il azadlıqdan məhrum edilməsini tələb edib.

Qeyd edək ki, hadisə ötən il Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində baş verib. Quşçuluq sovxozunda yaşayan 30 yaşlı Qədimov Şöhrət Zülfani oğlu qonşusu Şeydə Məmmədovu döyüb. Xəstəxanaya çatdırılan yaralı orada dünyasını dəyişib.