“Bakıda Soyqırımı Muzeyi”nin tikilməsinə nə mane olur? - Tarixçi-alimdən iddia






"Bakıda Soyqırımı Muzeyi”nin tikilməsinə nə mane olur? Bəlkə şəhərdə yer qıtlığıdır?!”.

"Sherg.az”ın məlumatına görə, bunu tarixçi-alim, ADPU-nun müəllimi Taleh Cəfərov feysbuk profilində yazıb.

Tarixçi qeyd edib ki, şəhərdə yerdən çox yer var, ancaq xalqımız ötən əsrdə 3 dəfə real soyqırıma məruz qalsa da, onu əbədiləşdirmək üçün bir movzoley tikə bilmirik:

"Hər şeyə pul tapılır, bircə Soyqırımı Muzeyindən başqa. Ermənilər qondarma "soyqırımı” əllərində bayraq edirlər. Hələ sovetin qılıncının sağının da, solunun da kəsdiyi bir vaxtda ermənilər İrəvanın Çiçernakabert təpəsində 400 kv.m ərazini əhatə edən "soyqırımı abidəsi”ni ucaltdılar. Ətrafında da muzey tikdilər. Söhbət 1967-ci ildən gedir. Bəs bu necə baş verdi? Təbii ki, Mərkəzin dəstəyi sayəsində oldu. İndi ki, Mərkəz yoxdur. Öz əlimiz öz başımızdır. Hələ üstəgəl ABŞ-dakı erməni diasporu Ağ Evə gedən yolun üstündə bir "soyqırımı muzeyi” tikdirib. Gələn bütün qonaqları oranı ziyarət etməyə dəvət edirlər. Biz isə paytaxt Bakıda həqiqi soyqırımı əks etdirən Muzey tikməmişik”.

İsmayıl