Bakıda yol qəzasında piyada ölüb





Martın 2-də saat 17 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini Teymur Məmmədov idarə etdiyi "Hyundai” markalı avtomobillə yolun kənarında dayanmış paytaxt sakini Mübariz Xıdırovu vurub.

DİN-dən Trend-ə verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.