Bakıda yolların bu məhlullarla yuyulmasına başlanıldı
16:10 30.03.2020
Arxiv
584
Koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə paytaxtın küçə və prospektlərinin yuyucu məhlullarla yuyulmasına başlanılıb.
Axar.az xəbər verir ki, yolların yuyucu məhlullarla yuyulması işləri ilk olaraq Nərimanov rayonunun Ceyhun Hacıbəyli küçəsində həyata keçirilib.
Prosesə Bakı şəhərinin Mənzil-Kommunla Təsərrüfat Departamentinin əməkdaşları cəlb olunub.
Ərazinin yuyucu məhlullarla yuyulması prosesi şəhərin digər küçə və prospektlərində də həyata keçiriləcək.
Qeyd edək ki, yolların yuyucu məhlullarla yuyulması prosesi dezinfeksiya işləri ilə birlikdə həyata keçirilir.
Bakıda parklar, uşaq meydançaları, inzibati binalar ilə yanaşı insanların sıx toplaşdığı ərazilərdə oturacaqlar, səkilərdən tutmuş hər bir yer gün ərzində iki dəfədən az olmayaraq dezinfeksiya edilir.
Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən, Bakı şəhəri üzrə dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib, gücləndirilmiş iş rejiminə keçirilib.
Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı virusun yayılmaması üçün hər kəsə zərurət olmadığı halda evdən çölə çıxmamağı tövsiyə edir. Əhaliyə evlərini tərk etməmək və kütləvi yerlərdə toplaşmamaq tövsiyə olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə