Bakıdakı şadlıq evlərində yoxlamalar başladı - Yeni nazirdən ilk addım
07:35 11.05.2018
Arxiv
348
İctimai iaşə obyektlərinin fəaliyyəti zamani tüstünün, qazların iyi və qoxu yayılması atmosfer havasını zərərli maddələrin təsirinə məruz qoyur. Lent.az-ın xəbərinə görə, bu barədə bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən həftəlik mətbuat konfransında nazirliyin ətraf mühit üzrə milli monitorinq departamentinin müdiri Mətanət Avazova bildirib.
Onun sözlərinə görə, bununla bağlı vətəndaşlardan nazirliyə xeyli müraciətlər daxil olub. Buna görə də nazirlikdə araşdırma komissiyası fəaliyyətə başlayıb: "Bizim istehsal sahələrimiz artıb, kiçik sahibkarlıq inkişaf edib və ətraf mühitə təsirlər çoxalıb. Buna görə də monitorinqlərə ehtiyac var. Biz tam müasir avadanlıqlarla atmosfer çirklənməsini yoxlayırıq və xeyli sayda müraciətə görə monitorinq aparmışıq".
M. Avazova deyib ki, komissiya tərəfindən Bakının inzibati rayonlarında yerləşən şadlıq evlərinin və digər ictimai iaşə obyektlərində monitorinqlər aparılıb. Zərərli qazların ölçülməsi məqsədilə hava nümunələri götürülüb. Aparılan fiziki, kimyəvi analizlərin nəticələrinə əsasən atmosferə atılan zərərli qaz birləşmələrinin miqdarı yol verilən qatılıq həddindən dəfələrlə artıqdır: "Bu da insanlarda diskomfort yaradır və sağlamlığa zərərdir".
İctimai iaşə obyektlərində müasir standartlara cavab verən qurğu və avadanlıqların quraşdırılması, atmosferə atılan tullantıların azaldılması məqsədilə ETSN-dən yerli icra hakimiyyətlərinə və ictimai-iaşə obyektlərinin sahiblərinə müvafiq məktublar göndərilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
05:50 05.11.2026
Maraqlı
AnTuTu oktyabr ayının ən güclü Android telefonlarını açıqladı
05:15 05.11.2026
Texnologiya