Bakının havası ən çirkli rayonları açıqlandı - SİYAHI
11:57 22.05.2019
Arxiv
640
May ayında Bakı və Sumqayıt şəhərlərində atmosfer havasının səyyar monitorinqi keçirilib. Oxu.Az-ın məlumatına görə, bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
O bildirib ki, Nəsimi, Xətai, Nizami, Səbail, Nərimanov, Yasamal və Sabunçu yaşayış məntəqələrində monitorinqlərin nəticələrinə görə çirkləndirici qaz qarışıqları sanitar normadan bir qədər çox olub.
"Bu da həmin ərazilərdə maşınların say çoxluğu ilə izah olunur. Tozun miqdarının normadan yuxarı olması, demək olar ki, Bakının bütün rayonlarında tikinti-quraşdırma fəaliyyətinin aparılması ilə bağlıdır.
Nəticələr göstərir ki, Xətai, Nizami və Sabunçu rayonlarının atmosfer havası digər inzibati rayonlardan fərqli olaraq daha çox çirklənməyə məruz qalır”.
U.Tağıyeva qeyd edib ki, nəqliyyatdan olan təsirləri müəyyənləşdirmək üçün Neftçilər, Dərnəgül, Nobel pr., 20 Yanvar dairəsi, Lökbatan dairəsi, Ukrayna dairəsi, Şərifzadə küçəsi Xırdalan–Sumqayıt yolunda keçirilmiş monitorinqə görə, azot qazı və dəm qazının konsentrasiyaları normanı aşıb:
"Nəqliyyatdan olan təsirlər ən çox Lökbatan dairəsində özünü göstərir. Bu yer həm şəhərdaxili, həm də şəhərkənarı nəqliyyatın sıx hərəkət etdiyi ərazidir. Digər ərazilərlə müqayisədə Nobel prospektində daha əlverişsiz şərait müşahidə olunub ki, bu da Neft Emalı zavodunun təsiri ilə bağlıdır.
Bakı şəhəri Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında aparılan monitorinqin nəticələrinə görə, çirkləndirici qaz qarışıqlarının konsentrasiyası digər ərazilərlə müqayisədə daha yüksək olub.
Təhlilləri müqayisəli aparmaq üçün Abşeron bağlarının yerləşdiyi ərazidə - Bilgəh, Mərdəkan, Novxanı və digər şəhərətrafı ərazilərdə atmosfer havasından nümunələr götürüldü və azot qazı, kükürd qazı, dəm qazı, toz və aromatik karbohidrogenlərin (benzol, toluol, etil-benzol, orto-ksilol, metil-ksilol) təyini üzrə analizlər aparıldı. Bu ərazilər hava keyfiyyətinə görə təmiz ərazilər kimi qiymətləndirilə bilər.
Sumqayıt şəhərində də analoji monitorinqlər həyata keçirilib. Nəticədə Tağıyev və Corat qəsəbələrində havanın keyfiyyət göstəriciləri sanitar norma daxilində olub.
Ümumiyyətlə, iki şəhər üzrə müqayisəli təhlil göstərir ki, Sumqayıt şəhərinin atmosfer havasının keyfiyyəti daha əlverişlidir. Bu, bir daha göstərir ki, istehsalat sahələrində müasir yeni texnologiyaların tətbiqi ilə ekoloji vəziyyəti yaxşılaşdırmaq mümkündür”.
O qeyd edib ki, nazirlik tərəfindən atmosfer havasının daha təmiz olması və insanların sağlam yaşaması istiqamətində sağlamlaşdırıcı tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə 70 yaşlı kişinin meyiti tapıldı
21:23 06.10.2026
Hadisə
16 yaşlı qızını nişanlayan ata cərimələndi
21:00 06.10.2026
Sosial
Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...
20:50 06.10.2026
Aktual
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə görüşdü
20:38 06.10.2026
Gündəm
Ayı qəbri qazaraq qadın meyitini apardı
20:17 06.10.2026
Dünya
İranda 70 siyasi məhbus edam edildi
20:02 06.10.2026
Region
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb
19:53 06.10.2026
Hərbi
39 yaşlı ƏFSANƏ: Messi Argentina millisində son oyununa çıxır
19:46 06.10.2026
Futbol
Ərdoğandan universitetlərə süni intellekt xəbərdarlığı
19:41 06.10.2026
Gündəm
Məktəb direktoru onkoloji xəstəlikdən vəfat etdi
19:37 06.10.2026
Hadisə
Qadınlar kişilərdən daha çox ağrı hiss edir - ARAŞDIRMA
19:33 06.10.2026
Sağlamlıq
Yeni qatarlar Bakıda tıxacları azalda bilər - EKSPERT
19:27 06.10.2026
İnfrastruktur
Ayı qəbri qazaraq qadın meyitini apardı
19:15 06.10.2026
Hadisə
Ermənistan və Litva müdafiə sahəsində əməkdaşlıq edəcək
19:08 06.10.2026
Cənubi Qafqaz
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya