Bakının heç bir rayonunda hələ ki, 100 faiz fasiləsiz su təminatı yoxdur - RƏSMİ
08:41 25.05.2019
Arxiv
808
"Bakının heç bir rayonunda hələ ki, 100 faiz fasiləsiz su təminatı yoxdur. Ümumi Bakı üzrə fasiləsiz su alan ərazilər 81,5 faiz təşkil edir".
Bu barədə Lent.az-a açıqlama verən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, rayonların bəziləri 90 faiz, bəziləri 80 faiz civarında fasiləsiz su ilə təmin olunur:
"Yasamal, Binəqədi, Nəsimi, Nizami, Nərimanov kimi rayonlar ən çox fasiləsiz su alan rayonlardır. Ən az fasiləsiz su alan abonentlər isə Xətai, Suraxanı, Sabunçu ərazilərindədir. Ümumiyyətlə, hündürmərtəbəli yaşayış binalarının əksəriyyəti 24 saat su alır. Həyət evlərinin də kəsintisiz su alanı çoxdur. Səbail rayonun 20-ci sahə arazisi, Badamdarın bir hissəsi 24 saat su almır. Yasamalın Yeni Yasamal hissəsi, Şərifzadə küçəsi kimi ərazilər hələ ki, saatla su alır. Xətai rayonunun Köhnə Günəşli deyilən ərazisinin böyük bir hissəsi hələ də fasiləli su alırlar. Yeni Günəşli qəsəbəsinin bir massivi 24 saat su ilə təmin edilibsə də, bir massivində su fasilələrlə verilir. Qaraçuxurun böyük bir hissəsinə 24 saat su verə bilirik”.
A.Cəbrayıllı bildirib ki, fasilələrlə su verilməsinin iki səbəbi var. Səbəblərdən biri bəzi ərazilərdə su həcmlərinin kifayət qədər olmamasıdır: "Bakı şəhərinin şərq hissəsində (Suraxanı, Sabunçu) su çatışmazlığı var. Ona görə gələcəkdə Ceyranbatandan Maştağa istiqamətində üçüncü bir su kəmərinin çəkilməsi planı var. Bu kəmər vasitəsilə insanları fasiləsiz su ilə təmin etmək mümkün olacaq. Digər bir səbəb isə texniki imkanların yetərsizliyidir. Məsələn, Yeni Yasamalda 24 saat su ilə təmin edə bilmədiyimiz ərazilərdə texniki imkanlar yoxdur. Həmin ərazilərdə anbarlara su yığılır və nasoslara verilir. Ona görə də həmin yerlərə hər axşam olmaqla su verilir. Yəni elə yer var ki, su yoxdur. Elə yer də var ki, su olduğu halda texniki imkanımız yoxdur. Bu istiqamətdə işlər davam edir. Hər il yeni-yeni ünvanları 24 saatlıq rejimə keçirə bilirik. Ən son 24 saatlıq rejimə keçirdiyimiz yer Qaraçuxur qəsəbəsində böyük bir ərazi oldu”.
A.Cəbrayıllı bildirib ki, elə kəndlər var ki, vaxtilə orda çəkilən primitiv şəbəkələr fasiləsiz su təminatında problemlər yaradır: "Mehdiabad, Məhəmmədli kəndlərində, Zabratda su günaşırı verilir. Bəzi yerlərdə primitiv şəbəkələr var ki, o xəttlər həmin ərazilərə 24 saat su verilməsini mümkünsüz edir. Qışda həmin ərazilərdə elə yer var ki, 24 saat su verə bilirik. Amma yayda həmin primitiv şəbəkə insanları 24 saat su ilə təmin etməyə imkan vermir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou