Bakının iki rayonunda su olmayacaq - XƏBƏRDARLIQ






Bu gün Bakının iki rayonunda su olmayacaq.
"Azərsu”nun xəbərinə görə, Bakı şəhəri İzmir küçəsində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar gün ərzində Yasamal və Nəsimi rayonlarının bəzi yerlərinə - İzmir küçəsində 5, 7, 9 saylı yaşayış binalarına, Tbilisi prospekti, Akademik Həsən Əliyev və Bakıxanov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.