Bala şimpanze bələdiyyə başçısını yumruqladı

Can Fatma Şahinə zor anlar yaşatdı



Qaziantəp zooparkında doğulan və zooparkın maskotu halına gələn şimpanzeyə Böyükşəhər Bələdiyyə başçısı Fatma Şahin tərəfindən Can adı verilmişdi. 
Zooloji və təbiət muzeyinin açılışına qatılan Şahin qarşısında şimpanze Canı görüncə qucağına götürdü. Bir müddət kiçik şimpanzeni əzizləyən başçı Şahin, gözlənilməz bir reaksiya ilə qarşılaşdı. Canın atdığı yumruqlar sonrası bələdiyyə başçısının eynəyi düşdü. Reaksiyaya baxmayaraq kiçik şimpanzeni buraxmayan Şahin, Canı sevərək sakitləşdirdi.