Balaca şahzadə məktəbə başladı

Böyük Britaniya şahzadəi Uilyamla Kembric hersoginyansı Keyt Middltonun 4 yaşlı oğlu şahzadə Corc yeni dərs ilinə başlayıb.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, kral irsinin davamçısı bu gün Londonda Thomas's Battersea məktəbinə yollanıb.
Corcu məktəbə atası Uilyam aparıb. Direktor Helen Haslemlə tanış olan balaca şahzadə ilk dərslərinə başlayıb.