Balinanın qarınından vedrə, avtomobil mühərriki çıxdı





Balinalar həmişə hərəkətləri ilə insanları təəccübləndiriblər.
Bu dəfə çox fərqli olub. Görənlər hadisəni maraqla izləyib. Almaniyanın Tönninq şəhərində ötən gün 13 balina özünü sahilə vurub. Qarnı yarılan balinaların mədəsində plastik vedrə, avtomobil mühərriki parçası və balıq toru çıxıb. Mütəxəssislər, balinaların buna rəğmən ürək çatışmazlığından öldüyünü təyin edib.