Banklar itirilmiş inamı necə bərpa edə bilər ? - İZAH




"Banklardakı sığortalanan əmanətlərin qaytarılması ilə bağlı problemlər yaşanmır”.

Bunu "Sherg.az”a əhalinin banklara etimadının azalmasının səbəblərini izah edərkən iqtisadçı - ekspert Vüqar Bayramov deyib. 

O bildirib ki, bank sahəsinə inam həqiqətən də azalıb:

"İnsanlar devalvasiyalara baş verdiyi üçün əmanətlərini banklardan götürməyi üstün tuturlar. Banklara olan marağın və inamın artırılmasına ehtiyac var. Eyni zamanda bankların şəffaf fəaliyyət göstərməsi və hesabatlarını mütəmadi yayımlaması lazımdır. Əvvəlki illərdə bankların öz hesabatlarını mətbuatda dərc etməsi ilə bağlı problemlər var idi. 

Bu da əhalinin inamını azaldırdı. Müflis olmuş bankların da öz hesabatlarını doğru saytlarda yerləşdirməməsi və ya düzgün məlumatlar yaymaması bank sektoruna etibarı daha da azaltdı. Buna görə, həm likvidliyinin artması, davamlı ardıcıl, səmərəli fəaliyyətin təmin olunması, həm də bankların birmənalı şəkildə şəffaf olmasına ehtiyac var. Bank şəffaf olmalıdır ki, özlərinə olan inamı artıra bilsinlər”.

Aysel Aslan