Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin qalibi mükafatlandırılıb.
APA xəbər verir ki, fəxri kürsünün ilk pilləsində “Mercedes”in britaniyalı pilotu Corc Rassell yer alıb. “Red Bull”dan niderlandlı Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar üçüncü sıraya qalxıb.
Onlara mükafatları Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Mohammed Ben Sulayem təqdim ediblər.
***
16.50
“Formula 1” üzrə Azərbaycan Qran-prisində əsas yarışa yekun vurulub.
Apasport.az saytının məlumatına görə, ağır mübarizədə 11 komandanın 22 pilotu yarışıb.
Yürüşə ilk sırada Corc Rassell lider başlayıb. Onu Şarl Lekler izləyib.
"Mercedes"in pilotu liderliyini sonadək qoruyub. Bununla da Rassell Bakıda çempion olub.
İkinci pillədə "Red Bull Racing"dən Maks Ferstappen qərarlaşıb. Onu komanda yoldaşı İsak Hacer izləyib.