Baş redaktordan deputata cavab: " “Elçin Şıxlı avaradır” desəydi..."
11:35 17.04.2017
Arxiv
2097
"Azərbaycan demokratik ölkədir. Araz Əlizadə isə ürəyi nə istəyir danışır”.
Bunu Sherg.az-a Millət vəkili Araz Əlizadənin "Feysbukda olanların hamısı avara adamlardır” –fikrinə münasibət bildirərkən tanınmış jurnalist, "Ayna-zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı deyib.
Feysbukun aktiv istifadəçilərindən olan E.Şıxlı deputatın ifadələrinə ciddi yanaşmadığını diqqətə çatdırıb:
"Deyib, deyib də. Burada elə bir problem görmürəm. Hər halda bu qədər insanı avara hesab edirsə, gərək ondan soruşaydılar, nə üçün hər kəsi avara adlandırıb? Onda bəlkə səbəbini izah edərdi. Bundan sonra həmin "avara”ların deputata münasibəti necə olacaq, özləri bilər. Məncə, avaralar ona səs vermir”.
E.Şıxlının sözlərinə görə, millət vəkili dəqiq ad çəksəydi, kimi isə "avara” adlandırsaydı, onda bu ifadələri təhqir kimi qəbul etmək olardı:
"Məsələn, "Elçin Şıxlı avaradır” desəydi, mən bəlkə də təhqir kimi qəbul edərdim. Əslində onun belə deməyi ilə mən avara olmuram. Ona görə hətta təhqir olaraq qiymətləndirməzdim. Kim özünü təhqir olunmuş sayırsa, onlar özü deputata cavab versinlər”.
Qeyd edək ki, Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə lent.az-a müsahibəsində Feysbuk istifadəçilərini avara adlandırıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britaniyadan Qəzzaya mesaj: “Sizi eşidirik, haqlı idiniz”
21:18 29.09.2026
Dünya
9 bələdiyyə sədri AKP-yə keçdi - Ərdoğan nişanlarını taxdı
21:03 29.09.2026
Gündəm
Digər stansiyalarda da pulsuz gediş tətbiq oluna bilər
20:58 29.09.2026
İnfrastruktur
Kürdəmirdə ildırım 51 yaşlı kişini vuraraq öldürüb
20:50 29.09.2026
Hadisə
AB Suriyaya 51 milyon avro ayırdı
20:42 29.09.2026
Dünya
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
20:35 29.09.2026
Hadisə
Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü
20:27 29.09.2026
Gündəm
Şəhidlər unudulmur və onlar əbədiyyətə kimi xatırlanacaqlar!
20:27 29.09.2026
Ölkə
FIFA reytinqi yeniləndi! Türkiyə millisi 4 pillə gerilədi
20:23 29.09.2026
Futbol
Ət bazarında vəziyyət dəyişir
20:16 29.09.2026
Sosial
3 rayona diqqət
20:01 29.09.2026
Ekologiya
Putindən əcaib fərman: Dataları gizlədin!
19:46 29.09.2026
Gündəm
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region