Baxın, İmperator kiminlə evlənir? -Fotolar

İbrahim Tatlısəs  assistenti Damla Buket Çakıçıyla Bodrumda evlənəcəyi iddia edildi. Tətildə olan ikilinin, yaxınlarına sürpriz edərək hər an nikah masasına oturacaqları danışılır.
İki il əvvəl Ayşegül Yıldızdan boşanan İbrahim Bodrumda üçüncü dəfə nikah masasına oturacağı iddia edildi. Sənətçinin, 2011-ci ildə silahlı hücuma məruz qaldığı zaman yanında olan assistenti Damla Buket evlilik hazırlığı etdiyi söylənilir. Bu arada Damla ilə Bodrumda tətil edən İmperatorun ətrafına "Damlayla həyatım dəyişdi, özümə gəldim" dediyi öyrənildi. Bodrumda evlənmə təklif etdiyi və "Bəli" cavabını aldığı Çakıçıyla sürpriz bir şəkildə həyatını birləşdirməyi planlayan Tatlısəsin, aldığı cavab qarşısında keçmiş kefli günlərinə döndüyü deyilir. İkinci evliliyini qısa müddət əvvəl nöqtələyən və bir qız uşağı sahibi olan Damlanın rəfiqələrinə, "Həyatımın ən xoşbəxt günlərini yaşayıram" dediyi də gələn məlumatlar arasındadır.