Bayram Səfərov borcunu yerinə yetirib

“Cinayət törətməmiş ermənilər yenə əvvəlki kimi bizimlə Qarabağda yaşaya bilərlər”



Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhəbri, Şuşanın icra başçısı Bayram Səfərov Qarabağdakı Azərbaycan vətəndaşları olan ermənilərə çağırış edib. O qeyd edib ki, ermənilər hazırkı Ermənistan hakimiyyətinin öz xalqının və ya sadə ermənilərin düşməni olduğunu bilməlidir:

"Hazırda ölkəmiz inkişaf edir. Azərbaycan gəncliyi dünya səviyyəsində öz sözünü deyir. Ermənistan isə tənəzzül edir. Ermənistan gəncliyi səfalət içindədir. Onlar imkan düşən kimi ölkəni tərk edirlər. Ermənistanın mövcud hakimiyyəti sadə erməniləri aldadır. Biz Qarabağdakı Azərbaycan vətəndaşları olan ermənilərə müraciət edirik. Öz torpaqlarımıza qayıtmağa hazırlaşırıq. Onlar bilsinlər ki, 1992-ci ilə qədər Qarabağda yaşayan ermənilər və onların övladları ilə birgə yaşamışıq. Onlar Azərbaycan qanunları çərçivəsində, Azərbaycan bayrağı altında ölkəmizin vətəndaşı kimi Qarabağda indi də yaşaya bilərlər. Sonradan süni şəkildə Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər isə gəldikləri yerə getsinlər”.

Birlik sədrinin çağırışını şərh edən millət vəkili Elman Məmmədov "Şərq”ə söyləyib ki, B.Səfərov öz borcunu yerinə yetirir: "Son 100-150 ildə ordan-burdan köçürülüb Dağlıq Qarabağda yerləşdirilmiş ermənilər var. Onlar Qarabağ erməniləri adlanır. Onlar təbii ki, əvvəllər bizim vətəndaşlar olub. Həmin ermənilər ağıllarını başlarına yığıb, Azərbaycan konstitusiyasının qanunlarını qəbul edib ona əməl etsələr, yenə də bizim vətəndaş kimi qalıb, orada yaşaya bilərlər. Bu şərtlə ki, qanunlarımızı qəbul edib, tabe olsunlar. Amma söhbət 1988-ci ildə başlayan hadisələrdə vətəndaşlarımıza qarşı cinayət törətməyənlərdən gedir. Kimlər ki, hərbi əməliyyatlarda iştirak edib, dinc vətəndaşları öldürüb, cinayət törədiblərsə, onlar zamanı gələndə ölkəmizin qanunlarına uyğun cəzalanacaqlar. Biz doğma yurdlarımıza qayıtdıqdan sonra, Serj Sarkisyan, Koçaryan, Balayan və s. kimi cinayətkarlar cəzalarını alacaqlar”.

Parlamentari qeyd edib ki, ermənilər kimi qanacaqsız, tərbiyəsiz millət yer üzündə yoxdur: "Onların hiyləsi, məkri, murdarlığı, xəyanətkarlığı, satqınlığı bütün xalqlara məlumdur. Rus şairi Mayakovski ermənilər haqqında bir şeir yazıb. Bu günlərdə həmin şeiri oxudum. Şair yazır ki, bu ermənilər kimi murdar, alçaq xalq yer üzündə yoxdur. Ümumiyyətlə, bir çox ədiblər, alimlər, səyahətçilər də ermənilər haqqında mənfi düşüncədədirlər. Buna görə də, elə yaxşısı odur ki, onların hamısı torpaqlarımızdan çıxarılsın ki, bir daha bizə başağrısı gətirməsinlər. Təbii ki, cinayət törətməyibsə, 1988-ci ilə qədər Qarabağda yaşayan ermənidirsə, bizə də tabeçilik göstərirsə, biz ərazi bütövlüyümüzü təmin edəndən sonra orada qalıb yaşaya bilərlər. Ölkəmizin qapısı irqindən, dilindən, dinindən asılı olmayaraq bütün xalqlara açıqdır. Bütün millətlərlə əməkdaşlıq etmək, birgəyaşayış Azərbaycanın həyat tərzidir. Biz buna həmişə əməl etmişik. Yenə də həmin qaydada yaşamağa hazırıq. Amma qeyd etdiyim şərtlər daxilində”.

Ayyət Əhməd