Belə vəhşilik olar?

Küçə iti yola yeni tökülən asfalta yapışmış halda can verirdi
Hindistanda bir küçə itini yola yeni tökülən asfalta yapışmış halda can verərkən tapıblar.
Heyvanın hərəkət etməsi qeyri-mümkün olub, yolda çarəsiz halda qalıb. Onu tapan heyvan qoruma dərnəyi dəstəkçiləri Tİkka adını verdikləri küçə itinin həyatını qurtardılar. Çətinliklə asfaltın içindən çıxarılan itin bir gün aç və susuz qaldığı ifadə edilir. Tikka diqqətlə təmizlənib. Uzun sürən təmizlik əməliyyatı zamanı həm də onun qarnını doydurublar. 6 saat baxıcılar sabun və yağla Tikkanı təmizləyiblər. 3 gün sonra Tikka sağlamlığına qovuşmuş yeni bir it olub.