Benzin bahalaşacaq
09:45 06.06.2014
Arxiv
393
“ARDNŞ-nin “keyfiyyətsiz benzin” açıqlaması buna işarədir”
"Benzinin qiyməti yenidən bahalaşacaq”. Bu barədə Modern.az saytına Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov məlumat verib. O, bildirib ki, Azərbaycanda benzinin keyfiyyəti yüksələndən sonra qiymətlərdə də bahalaşma gözlənilir.
Deputatın sözlərinə görə, benzinin markasının dəyişdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması sözsüz ki, yanacağın qiymətinin bahalaşmasını qaçılmaz edəcək.
""Avro-4”ə keçiddən sonra benzinin qiymətində müəyyən bahalaşma oldu.
Əlbəttə, benzinin keyfiyyətinin normal olması üçün əvvəlcə normal qurğular və texnologiyalar lazımdır. Artıq bununla bağlı ARDNŞ iş görür. Bakı Neftayırma Zavodunda yenidənqurma işləri aparırlar. Nə vaxta bitəcək, onu deyə bilmərəm, amma benzinin markasının dəyişdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması əlbəttə, müəyyən məsrəflər tələb edir. Həmin məsrəflərin qarşılığında qiymətlərin bahalaşması gözlənilir”.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti David Məmmədov dünən jurnalistlərə açıqlamasında Azərbaycanda istehsal olunan yanacağın tam olaraq ölkə tələbatını ödədiyini, lakin keyfiyyətinin müasir tələblərə cavab vermədiyini bildirib. Artıq ARDNŞ yanacağın keyfiyyətinin yüksəldilməsi və əməliyyat xərclərinin yaxşılaşdırılması məqsədi ilə müvafiq işlər görməyə başlayıb. Qurum bununla bağlı inkişaf proqramı hazırlayır.
İnkişaf proqramına Azərbaycanda mövcud olan neft emalı zavodlarının müasirləşdirilməsi daxildir. Bu prosesin müddəti 42-48 aya qədər olacaq və Azərbaycanda 2018-ci ildən etibarən "Avro 5” standartlarına uyğun benzin, kerosin, dizel və digər yanacaq növləri istehsal etmək mümkün olacaq.
Vitse-prezidentin bu açıqlaması benzinin qiymətində yenidən bahalaşma olacağı ilə bağlı fikirlər yaradıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Acun Ilıcalı Rəcəb Tayyib Ərdoğana hədiyyə verdi
22:56 12.06.2026
Region
İran hakerləri DÇ-2026-nı hədəfə ald
21:28 12.06.2026
Dünya
Yurgen Klopp DÇ-2026-nın açılış matçını sərt tənqid etdi
21:14 12.06.2026
Futbol
Rubio: ABŞ Moskva ilə konstruktiv əlaqələrdə maraqlıdır
20:53 12.06.2026
Dünya
Fuat Oktay Azərbaycan Prezidentini təbrik edib
20:45 12.06.2026
Rəsmi
Əraqçi yazdı,Tramp sosial mediada paylaşdı
20:38 12.06.2026
Gündəm
Ağdamda şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirilib
20:16 12.06.2026
Ölkə
CHP-də iki bələdiyyə sədrinin partiyadan xaric edilməsi istənilib
20:14 12.06.2026
Gündəm
Rusiyada boşanma zamanı “uşaq bölgüsü” razılaşmaları genişlənir
20:08 12.06.2026
Cəmiyyət
Tramp: İran mediasının saziş layihəsinə dair yaydığı xəbər yalandır
19:25 12.06.2026
Dünya