Beş ayda narkotik satan 1400-dən çox şəxs tutulub
08:22 03.07.2020
Arxiv
753
Bu ilin 5 ayı ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində 1435 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanan hesabatda əksini tapıb.
Hesabatda qeyd edilib ki, onlardan 16-18 yaşadək 4 nəfər, 18-25 yaş 122 nəfər, 26-29 yaş 250 nəfər, 30 yaşdan yuxarı isə 1059 nəfər təşkil edir. Məsuliyyətə cəlb olunanlardan 54 nəfəri fəhlə, 2-si maddi məsul şəxs, 1-i nəqliyyat işçisi, 2-si kənd təsərrüfatı işçisi, 395-i əvəllər cinayət törətmişlər, 7-si əvvəllər xüsusi qeydiyyatda olan, 961-i işləməyən, 1398-i kişilər, 37-si qadın, 42 nəfəri xarici ölkə vətəndaşı olmuşdur. Əcnəbilərdən 25-i İran, 10-u Rusiya, 6-sı Gürcüstan və 1-i isə Pakistanın vətəndaşıdır.
Ümumulikdə hüquq mühafizə orqanları tərəfindən aşkar edilmiş cinayət faktlarının 115-i qaçaqmalçılıq yolu ilə törədilmiş və qeyd olunan faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 636 kq müxtəlif növ narkotik vasitələr çıxarılıb.
Bundan əlavə aşkar edilmiş cinayət faktlarının 178-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 429,7 kq narkotik vasitə və 43 kq psixotrop maddə müsadirə edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yadplanetlilər Yerə enir?
07:51 16.11.2026
Maraqlı
Payızda bu 2 qida mütləq yeyilməlidir
07:17 16.11.2026
Sağlamlıq
ABŞ-ın daha bir aviadaşıyıcısı Yaxın Şərqə gəlir
06:42 16.11.2026
Aktual
Serial eşqi gerçək oldu
03:33 16.11.2026
Şou
Qanınızı qatılaşdıran 2 əsas səbəb
02:56 16.11.2026
Sağlamlıq
Hörmüz boğazında tanker minaya düşüb
01:59 16.11.2026
Son dəqiqə
Saakaşvili milli komandanı dəstəkləməyəcək - Səbəb
01:40 16.11.2026
Aktual
İran XİN: ABŞ-nin Tehranın şərtlərinə cavabı praktik deyil
00:37 16.11.2026
Region
KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
00:16 16.11.2026
Aktual
Çexiyada son 40 ilin ən böyük etirazı...
23:33 15.11.2026
Dünya
Xırdalanda güclü külək 7 avtomobilə ziyan vurub
23:15 15.11.2026
Hadisə
Husilər Ər-Riyadda hava limanını hədəfə aldıqlarını açıqlayıblar
22:56 15.11.2026
Gündəm
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi