Bəxtiyar Hacıyev polis bölməsinə aparılıb - YENİLƏNİB




Yasamal rayon 27-ci polis bölməsindən Lent.az-a bildirilib ki, hazırda bölmədə vətəndaş Bəxtiyar Hacıyevdən izahat alınır. Bölmədən bildiriblər ki, dövlət yol polisinin əməkdaşı B.Hacıyev barəsində raport yazıb.

**
13:16
Deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyev yol polisi əməkdaşının təzyiqinə məruz qaldığını bildirib. Bu barədə Lent.az-a Bəxtiyar özü məlumat verib.
O iddia edib ki, yol polisi əməkdaşı kameraların qarşısında ona fiziki güc tətbiq edib. Yol polisi əməkdaşı da eyni zamanda B.Hacıyevdən şikayətçi olub. O da öz növbəsində Hacıyevin ona fiziki güc tətbiq etdiyini iddia edib. Hazırda hər iki şəxs Yasamal rayon 27-ci polis bölməsinə gedir.