Binəli Yıldırım almaniyalı investorları qəbul edib




Türkiyənin baş naziri Binəli Yıldırım Türkiyədəki almaniyalı investorları qəbul edib. 

Sherg.az "Lefigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat yayıb. 

B.Yıdırım qeyd edib ki, biz sizi  Almaniya deyil, Türkiyə müəssələri kimi qiymətləndiririk. 

Qeyd edək ki, son günlər almaniyalı hüquq müdafiəçisinin Türkiyədə həbsə alınması Almaniya və Türkiyə arasındakı münasibtləri gərginləşdirib. Türkiyə tərəfi həmin şəxsi FETÖ-ə bağlılıqda ittiham edərək casus adlandırır. Almaniya  isə Türkiyənin ittihamlarını təkzib edib. Şübhəsiz ki, bu ziddiyyətlər iki ölkə arasındakı münasibətləri kəskinləşdirib. 

Ayyət Əhməd