Binəli Yıldırım qələbəni elan edib




Türkiyənin baş naziri Binəli Yıldırım bu ölkə konstitutsiyasına edilən dəyişikliklərlə bağlı baş tutan referendumun nəticələri haqda qələbə elan edib.

Sherg.az Fransanın "Lemonde.fr ” saytına istinadən xəbər verir ki, Anadolu agentliyinin verdiyi son məlumata görə,Türkiyədə prezident Rəcəb Tayyip Ərdoğanın səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutan referenduma 99 faiz seçicinin 51,34 faizi "hə” deyib.

Hətta baş nazir 16 aprel gecəsini Türkiyənin qələbə gecəsi adlandırıb.

Ayyət Əhməd