Binəqədi sakinləri şikayət etdi, nazirlik araşdırdı, böhtan aşkarlandı
12:03 31.10.2017
Arxiv
520
Bu günlərdə Binəqədi rayonu, 18-ci Dağlıq (S.Bəhlulzadə) küçəsi, ev 1 ünvanında ağacların qanunsuz kəsilməsi və yerində tikinti işləri aparılması ilə əlaqədar redaksiyamıza şikayət daxil olub.
Modern.az saytı məsələni araşdırmaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidməti ilə əlaqə saxlayıb.
Nazirliyin mətbuat xidmətindən saytımıza bildirilib ki, qeyd edilən ünvanda yaşayan sakinlərin "Mahal MTK” tərəfindən ağacların qanunsuz kəsilərək yerində tikinti işlərinin aparılması və aidiyyəti orqanların, guya tədbir görməməsi ilə bağlı Prezidenti Administrasiyasına ünvanladıqları şikayət Nazirliyin əməkdaşları tərəfindən şikayətçilərin iştirakı ilə yerində araşdırılıb.
Nazirliyin sözcüsü bildirib ki, əraziyə keçirilən baxış zamanı sözügedən torpaq sahəsində "Mahal” MTK tərəfindən hasarlanma işlərinə başlanılıb və heç bir ağac kəsintisi faktı aşkar olunmayıb.
"Araşdırma zamanı şikayətdə ağac kəsilməsi ilə bağlı qeyd olunanlar öz təsdiqini tapmayıb. Şikayətçilər bildiriblər ki, ağac kəsintisi ilə bağlı etdikləri şikayətdə məqsədləri əslində tikiləcək yaşayış binasından istədikləri ölçüdə mənzil almaqdır.
Sözügedən ərazidə Binəqədi rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə qəzalı vəziyyətdə olan yataqxananın sökülərək yerində çoxmənzilli yaşayış binalarının tikintisi üçün "Mahal” MTK-ya torpaq sahəsi ayrılıb. Bu torpaq sahəsində yaşayış binasının layihələndirilməsi məqsədilə müvafiq rəy bildirilməsi üçün ETSN-nin Dövlət Ekspertiza İdarəsinə müraciət olunub. Lakin ərazidəki çoxsaylı yaşıllıqların məhv edilməməsi üçün Dövlət Ekspertiza İdarəsi tərəfindən həmin ərazidə tikinti işlərinə icazə verilməyib”.
Modern.az saytının əməkdaşının apardığı araşdırmaların nəticəsində məlum olub ki, əslində şikayətçilərin yanlış və böhtan xarakterli şikayət ərizəsi yazmaqda məqsədləri yaşıllıqların qayğısına qalmaq deyil, şəxsi mənafeləri naminə tikiləcək yaşayış binasından böyük ölçüdə mənzil almaqdan ibarətdir.
Qeyd edək ki, son dövrlərdə jurnalist kimi apardığımız müşahidələr və təhlillər göstərir ki, öz şəxsi maraqları naminə bu cür qərəzli və yanlış məlumatlar yayanların sayı durmadan artır. Belə ki, ayrı–ayrı şəxslər ətraf mühitin mühafizəsi, yaşıllıqların qorunması ilə bağlı şikayətlərə Nazirliyin dərhal reaksiya verməsindən, neqativ hallara qarşı prinsipial və barışmaz mövqe tutmasından sui-istifadə edərək müəyyən ərazilərdə tikinti işlərinin aparılmasını istəmədikləri halda bilavasitə bu məsələni torpaq ayıran səlahiyyət sahiblərinin qarşısında qaldırmaq əvəzinə ağacların kəsiləcəyi və ya kəsilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual