“...Bir az möhlət istəyirəm ömürdən”
10:00 14.02.2017
Arxiv
844
Bəzi insanlar olub ki, onları özümə ruhən çox yaxın hesab etmişəm, sevmişəm. Hətta elə bilmişəm ki, onlar da məni sevir. Şeirləri ilə böyümüşəm, hər zaman qəlbimdə xüsusi yeri olub, şair olaraq, ziyalı olaraq. Həyat qarşıma yaxşı insanları rast edib, o da onlardan biri olub. Söhbətlərinə saatlarla qulaq assam yorulmaram, özünəməxsus zarafatları isə insanın yorğunluğunu çıxarar, üzdə təbəssüm yaradar. Böyüklüyü səmimi və sadə münasibətində, zənginliyi tükənməyən mənəviyatında...
Həyatın bütün acılı-şirinli gerçəklərinə şahid olan, real həyat məktəbi... Nəriman Həsənzadə dünyası... Gözlərində yaşadığı hər günün bir damlası boylanır, qarşısındakı həmsöhbəti ilə ünsiyyətdən bir neçə dəqiqə sonra onu sanki illərlə tanıdığı adam kimi davranır. Təcrübə özünü göstərir, gördüyü həyat məktəbi onu öz sahəsinin akademiki yetişdirib...
Nəriman Həsənzadə sevgi şairidi... insanlıq şairidir .... kədər şairidi...
Elə dayanırsan, elə baxırsan,
Elə bil qarşında quru bir daşam.
İpək saçlarını bir vaxt oxşayan
Elə bil hardasa mən olmamışam .
****
Səni dostlarımla, tanışlarımla,
Mən tanış edərdim nə vaxtsa bir-bir.
İndi özgələri yad ehtiramla,
Deyirlər tanış ol ....
Nə qəribədir ?!
****
Yuxuda görərdin nə vaxtsa hər dəm,
Yolumu gözlərdin yollardan uzaq.
Mən sənin yuxundan çıxıb gəlmişəm,
Bu da bir yuxudur, gəl tanış olaq.
...Qoluna girərdim ... bu, yadındadır,
gedərdik ... yolumuz, arzumuz şərik.
Qolum qollarının lap yanındadır,
toxunsa biz indi üzr istəyirik.
****
Hayanda oldumsa səhər, ya axşam,
Aradın sən məni, gördün sən məni.
İndi gözlərinin qabağındayam,
Hayanda durum ki, Görəsən məni?
Bu gözəl şeirin müəllifi Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Azərbaycanın Qazax rayonunda anadan olub. H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnistitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb, Moskvada Maksim Qorki adına Ədəbiyyat İnistitutunda təhsilini davam etdirib. İstər lirik, istərsə də epik səpkili əsərlərində həyat həqiqətlərini yüksək bədii həqiqət səviyyəsinə qaldırmağa qadir olan qüdrətli sənətkar Nəriman Həsənzadə yaradıcılığının ədəbiyyatımızda xüsusi yeri var.
Mövzu müxtəlifliyi, insan arzularının, cəmiyyət həyatının və zəmanənin çoxcəhətli zəngin boyalarla işlənməsi hər bir poetik əsərin məziyyətidir. Nəriman Həsənzadə poeziyası bu cəhətdən oxucuda dərin maraq oyadan poeziyadır. İdeala, gözəlliyə, mənəvi saflığa sadiq olan, insanlıq və vətəndaşlıq hisslərini şeirlərinin canına hopduran bu şair daima axtarışdadır,
Bir az möhlət istəyirəm ömürdən,
nə qədər ki, bu dünyada biz varıq,
bu dünyanı yaşadırıq, yaşarıq, -
sən olarsan, mən olaram - ikimiz.
Həyat şirin, dünya gözəl, sən əziz...
Nəriman Həsənzadənin şeirlərini oxuduqca, həyat, təbiət və insanlar haqqında, onların bitməz, tükənməz işığı, qaranlığı, gözəlliyi, eybəcərliyi, sevinc və faciələri barədə oxucuya, onu bu vaxta
qədər bilmədiyi, duymadığı, xəyalına gətirmədiyi qəribə hisslərlə, duyğularla tanış edir, dərin fəlsəfi mənalar və füsunkar gözəlliklər aləminə aparır.
Yox, yox məhəbbətə plan qoyulmur -
Kiminsə nə bilim mədəsi dolsun.
Məhəbbət hardasa istehsal olmur, -
Üstündə keyfiyyət nişanı olsun...
Xeyirə, xeyirxahlığa inam Nəriman Həsənzadənin qanına elə hopmuşdu.
Dərdliyə dərd desən,
susub o dinlər,
Özü həmrəy olar
birtəhər sənə.
Dərdsizə dərd desən,
gülüb lağ eylər,
dərs verib
həyatı öyrədər sənə.
Nəriman Həsənzadə yaradıcılığı bu gün sevə-sevə oxunur, sabah da sevilərək nəsillərə ötürüləcək. Bu gün çoxlarımız Nəriman Həsənzadə poeziyasını dilimizin əzbərinə çevirmişik. Musiqilər bəstələnən bu şeirlər həm də mahnı kimi yaddaşımıza həkk olub.
De, nədir səadət həyatda, gülüm,
bir könül xoşluğu, bir az təbəssüm,
onu da, bunu da sən bağışladın,
Dünyanı dünyada sən bağışladın...
Nəriman Həsənzadə dünyasından, Nəriman Həsənzadə qələmindən süzülən misralar, musiqiyə çevrilən sözlər...
Sevimli şairimiz Nəriman Həsənzadə doğum günü ərəfəsindədir. Sizi ürəkdən təbrik edirik! Uzun və sağlam ömür diləyirik. Sevə-sevə izlədiyimiz yaradıcılıq yolunda uğurlar arzulayırıq.
Gülşən Behbud, "Atilla” jurnalının baş redaktoru, AYB və AJB-nin üzvü
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət