Bir gözü olmayan körpə: 2 ayda bir əməliyyat keçirməsi lazımdır

9 aylıq körpənin kəllə-beynin inkişafı zamanı göz boşluğu bağlanmasın deyə 2 ayda bir əməliyyat keçirməsi lazımdır. Sol gözü olmadan doğulan körpəyə, göz qapağı bağlanmasın deyə bir görmə aparatı taxılır. Mirror.co.uk internet saytında yer alan xəbərə görə, Izabella Myers adlı 9 aylıq körpə 3 aydır bu aparatdan  istifadə edir və süni göz yetişkən yaşa gələnə qədər 2 ayda bir daha böyük aparata qoşulmalıdır. Amerikalı ana, qızının vəziyyətini 20 həftəlik hamiləykən öyrəndiyini və yıxıldığını söyləyir. Izabellaya mikroftalma, yəni kiçik göz diaqnozu qoyulub. Nadir görünən bir xəstəlik olan mikroftalmi bir və ya iki gözün anormal bir şəkildə kiçik olmasına deyilir. Həkimlər körpənin göz toxumasının yarandığını, ancaq inkişafını dayandırdığını təyin etdi. Araşdırmalar nəticəsində, xəstəliyin səbəbinin Izabellanın atası Eric Myersdən kifayət qədər xromosom götürə bilməməsi olduğu düşünülür. Onun böyük nənəsində də bu xəstəlik varmış. Bir gözü görmədiyi üçün Izabella, sol tərəfini görmək üçün bədənini tamamilə o istiqamətə çevirmək məcburiyyətində qalır.