BMU ilə Polis Akademiyası arasında əməkdaşlıq sazişi... -Foto
13:06 22.11.2019
Arxiv
486
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.
BMU-nun rektoru, professor Havar Məmmədov qonaqlara rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranması, fəaliyyət istiqamətləri və universitetdə mövcud olan fakültələr haqqında məlumat verib. Rektor spesifik sahə üzrə yeganə təhsil ocağı olan Polis Akademiyası ilə görüşün əhəmiyyətindən bəhs edib və bu ildənakademiyada “İnformasiya təhlükəsizliyi” ixtisasının tədrisinə başlanılmasını yüksək qiymətləndirib. Eyni zamanda, rektor iki təhsil ocağı arasında mümkün əməkdaşlıq istiqamətlərinə toxunub, informasiya təhlükəsizliyi, kibercinayətkarlıqla mübarizə sahələrində nəzəri biliklərin artırılması məqsədilə mütəxəssislər hazırlayan ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.
Polis Akademiyasının rəisi Nazim Əliyevrəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi, fəaliyyəti və strukturu haqqındaətraflı danışıb.BMU ilə Polis Akademiyası arasında əlaqələrin vacibliyini önə çəkən N.Əliyev kompüter mühəndisliyi və proqramlaşma biliklərinə malik olan mütəxəssislərə ehtiyac olduğunu bildirib, dövlətimizə xidmət edən mütəxəssislərin informasiya təhlükəsizliyi sahəsində biliklərinin daha da artırılmasının vacibliyini nəzərə çatdırıb. BMU-nun informasiya texnologiyaları sahəsində yüksək maddi-texniki bazaya, kadr potensialına malik olduğunu da qeyd edən N.Əliyev birgə əməkdaşlığın önəmini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər geniş müzakirə edilib.
Sonra BMU-nun Sistem mühəndisliyi ixtisasında təhsil alan III kurs tələbələri “Süni intellekt nədir?”, “OpenCv və tətbiq sahələri”, “Üz və emosiyanın tanınması” mövzularında, eləcə də kibercinayətkarlığın qarşısının alınması üçün tətbiq olunan proqramlarla bağlı təqdimatlaçıxış ediblər.
Daha sonra BMU ilə Polis Akademiyası arasında təhsil və elmi-tədqiqat sahəsində qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək məqsədilə saziş imzalanıb.
Sənəddə tərəflərin tələbə və professor-müəllim heyəti üçün təhsil və elmi-tədqiqat, eləcə də mədəniyyət sahəsində təcrübə mübadiləsinin aparılması üçün mövcud imkanlara dəstək verilməsi öz əksini tapıb. Belə ki, sazişə uyğun olaraq, təlim prosesi və elmi-tədqiqat fəaliyyətlərini təmin etmək üçün məlumat mübadiləsi həyata keçiriləcək, birgə görüşlər, simpoziumlar, seminarlar, konfranslar və digər tədbirlər təşkil olunacaq. Bundan başqa, akademik elmi-tədqiqat və digər sahələrdə layihələrin, tədris proqramlarının (bakalavriat, magistratura və PhD üzrə) hazırlanması və həyata keçirilməsi məqsədilə əməkdaşlığın aparılması, PhD sahəsində təhsil alan tələbələrin fəaliyyətinə birgə elmi rəhbərlik edilməsi də nəzərdə tutulub.
İmzalanma mərasimindən sonra qonaqlar universitetdə fəaliyyət göstərən İKT və Kompüter laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış olublar.
İctimaiyyətlə əlaqələr şöbəsi
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
12:29 13.08.2026
Region
“Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək
11:57 13.08.2026
Futbol
Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
11:15 13.08.2026
Sosial
Ötən ay 93 nəfər Azərbaycana readmissiya edilib
10:57 13.08.2026
Gündəm