Vüqar Bayramov: "Uçot dərəcəsinin saxlanmasından sonra manatın məzənnəsinin necə dəyişməsi birbaşa Mərkəzi Bankdan asılıdır. Mərkəzi Bankın qəbul etdiyi qərarlar, bazardakı fəaliyyəti manatın məzənnəsinə təsir göstə
"Qlobal valyuta bazarında baş verənlər FED-in uçot dərəcəsini artırmayacağına işarə idi”.
Bunu Sherg.az-a Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini əvvəlki qaydada saxlamasının səbəblərini izah edərkən iqtisadçı, ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, avronun dollara nisbətdə məzənnəsində kəskin artım müşahidə olunub və bu artımlar FED-in addımına mesaj idi:

"Nəticə etibarı ilə gözlənilən baş verdi. Uçot dərəcəsinin saxlanması dolların məzənnəsinə təsir göstərdi. Qlobal valyuta bazarında isə kəskin təsirlər gözlənilmir. Onsuz da avro möhkəmlənməkdə davam edir və bu, növbəti mərhələdə də proqnozlaşdırılır.
Uçot dərəcəsinin stabil saxlanması valyuta bazarına təsirlərinə gəldikdə isə hələlik bu, hiss edilmir. Azərbaycan valyuta bazarında da ciddi dəyişiklik yoxdur. Lakin avqust və dekabr aylarında dollara olan tələbatın artacağı gözlənilir. Uçot dərəcəsinin saxlanmasından sonra manatın məzənnəsinin necə dəyişməsi birbaşa Mərkəzi Bankdan asılıdır. Mərkəzi Bankın qəbul etdiyi qərarlar, bazardakı fəaliyyəti manatın məzənnəsinə təsir göstərəcək.
İlin sonuna qədər FED-in uçot dərəcəsini dəyişməsi ABŞ-ın iqtisadiyyatı ilə bağlı olacaq. Nəzərə alsaq ki, FED-dən fərqli olaraq Ağ Ev dolların ucuzlaşmasında maraqlıdır. Ona görə, sistemin qərarı da ABŞ-ın mövqeyindən, iqtisadi vəziyyətindən asılı olaraq dəyişəcək”.
Qeyd edək ki, ABŞ-ın Federal Ehtiyat Sisteminin (Federal reserve System, FED) uçot dərəcəsinin sabit saxlanılması barədə qəbul etdiyi qərardan sonra dolların indeksi 2016-cı ilin iyun ayından etibarən minimum həddə enib.
Aysel Aslan