"Bu da, Baxçalının ənənəvi bəyanatlarından biridir"
14:13 13.02.2017
Arxiv
477
Qabil Hüseynli: "Baxçalının bəyanatının Türkiyə-Rusiya münasibətlərinə təsiri ola bilməz"
"Dövlət Baxçalının tənqidi bəyanatının Türkiyə-Rusiya münasibətlərinə heç bir təsiri ola bilməz”.
Bunu Sherg.az-a Türkiyə Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının "Bir pilotun ölümü ilə Rusiya Türkiyə ilə münasibətləri dayandırmaq nöqtəsinə gətirmişdi. İndi Rusiya əsgərlərimizi şəhid edir, "pardon” deməklə kifayətlənir” – sözlərinə münasibət bildirərkən politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə MHP sədri ənənəvi bəyanatını verib:
"O özünün milliyyətçi partiya sədri olduğunu sübut etməli idi. Əslində düzdür, Suriyada türk əsgərlərinin vurulması mənfi mənada mühüm hadisə idi. Rusiya bir təyyarənin vurulmasına görə böyük hay-küy qopartmışdı. Lakin indi münasibətlər o səviyyədədir ki, Rusiyanın Türkiyə ilə əlaqələri pozmağa nə imkanı, nə də haqqı var. Suriya döyüş meydanıdır. Müharibədə isə hər şey ola bilər. Ona görə də D. Baxçalının çıxışı elə də əhəmiyyət daşımır. O, başqa məsələlərə diqqət edərsə, daha yaxşı olar”.
Qeyd edək ki, Türkiyə Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Rusiya qırıcı təyyarəsinin Suriyanın Əl-Bab şəhəri yaxınlığında da Türkiyə hərbçilərinin olduğu binanın bombalaması və 3 əsgərin şəhid olmasına sərt reaksiya verib.
D. Baxçalı deyib ki, Rusiya əsgərləri şəhid edir, sonra da "pardon” deməklə kifayətlənir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət