“Bu döyüşlərimiz elə təqdim olunmalıdır ki, insanlarda intiqam hissi oyansın”





"Orta məktəblərimizdə tariximizin şanlı səhifələrindən olan aprel döyüşləri yüksək səviyyədə təbliğ olunur”.

Bu sözləri "Sherg.az”a açıqlamasında millət vəkili Aqil Abbas deyib.

Deputatın sözlərinə görə, vətəni, torpağı, milləti sevmək ilk öncə elmdən başlayır. Ona görə də bu gün məktəblərdə qəhrəmanlarımızın unudulmaması üçün böyük işlər görülür: "Aprel döyüşləri və ondan qabakı hadisələr elə təqdim olunmalıdır ki, insanlarda intiqam hissi oyansın.

Əvvəllər Xocalı faciəsinə baxanda hər kəs qorxurdu. Çünki dövlət televiziyaları həmin hadisələri düzgün təqdim etməmişdi. Aprel döyüşlərində böyük bir zəfər çaldıq. Düzdür, şəhidlər verdik.

Amma müharibə şəhidsiz olmur. Həmin şəhidlərimizlə bağlı filmlər çəkilir, yazılar yazılır. Hətta orta məktəblərdə belə təbliğatlar aparılır. Mən məktəblərdəki durumdan razıyam. Çünki məktəblərdə görüşlərə çox gedirəm.

Həqiqətən də bu məsələlərə həm Mikayıl müəllimin zamanında, həm də indiki nazir Ceyhun Bayramovun fəaliyyətində xüsusi diqqət verilir. Məktəblərdəki görüşlərə gedəndə görürəm ki, müəllimlər uşaqlarda böyük bir vətənpərvərlik hissini yaradırlar. Şagirdlərimizə torpağını, vətənini sevmək aşılanır. Bütün bunlar hər birimizə xoş gəlir”.

Yeganə Bayramova