Bu gün də Ermənistanın Türkiyəyə böyük ehtiyacı var
14:24 03.03.2018
Arxiv
604
“Protokolun ləğvi ilə bağlı açıqlama verən Sarkisyan dünyanın diqqətini bu məsələyə yönəltmək istəyir”
Ermənistan prezidenti Serj Sarkisyan 2009-cu ildə Türkiyə ilə münasibətlərin normallaşması üçün imzaladığı protokolu ləğv edib. Sarkisyan qərarını Ermənistan Milli Təhülkəsizlik Şurasının toplantısında açıqlayıb. Xatırladaq ki, iki ölkə arasındakı protokol 10 oktyabr 2009-cu ildə İsveçrənin Sürix şəhərində imzalanmışdı.
Ermənistan tərəfindən XİN rəhbəri Eduard Nalbandyan, Türkiyə tərəfindən isə ovaxtkı xarici işlər naziri Əhməd Davudoğlu protokola qol çəkmişdi. Ancaq ötən müddət ərzində tərəflərin heç biri protokolu parlamentdə ratifikasiya etməyib. Çünki Türkiyə tərəfi düşmən ölkə qarşısında işğal edilmiş Azərbaycan torpaqlarının geri qaytarılması şərtini qoyub.
Sarkisyanın qərarı ilə bağlı "Şərq”ə danışan politoloq Natiq Miri deyib ki, Ermənistan rəhbərinin açıqlamasında əsas məqsəd protokolu yenidən gündəmə gətirməkdir. Ekspertin sözlərinə görə, Sarkisyanın pafoslu açıqlamasına rəğmən, Ermənistanın Türkiyəyə böyük ehtiyacı var:
"Düşmən ölkənin gələcək perspektivi mütləq mənada Türkiyə ilə əlaqələrin bərpa olunmasından asılıdır. Əks təqdirdə Ermənistanın Qərbə çıxışı tamamilə bağlı olacaq. Qərb qapısının bağlanması işğalçı ölkənin inkişafının üstündən xətt çəkəcək. Əslində protokolun ləğvi ilə bağlı açıqlama verən Sarkisyan dünyanın diqqətini bu məsələyə yönəltmək istəyir.
Ancaq nəzərə almaq lazımdır ki, bu protokolun imzalanmasına rəğmən Türkiyə ilə Ermənistan sərhədlərinin bağlanması və diplomatik əlaqələrin kəsilməsi konkret səbəbə bağlıdır. Bu səbəb Azərbaycan torpaqlarının işğal olunmasıdır. İşğal faktı aradan qaldırılmadığı təqdirdə nəticə olduğu kimi qalacaq. 2009-cu ildə imzalanmış bu protokolla bağlı Obamanın ABŞ-a rəhbərlik etdiyi dövrdə dövlət katibi H.Klinton hərəkətə keçmişdi. Xanım Klinton tərəflərə təzyiqlər etməyə çalışaraq prosesin irəliləməsinə çalışmışdı. Ancaq bu baş tutmadı. Çünki qardaş Türkiyə heç vaxt Azərbaycanı gözardı etməz.
Düşmən ölkə isə çalışır ki, Qərb dövlətləri Türkiyəyə təzyiq göstərsinlər. Sarkisyan hələ də anlamır ki, sərhədlərin açılması Türkiyədən yox, birbaşa düşmən ölkənin özündən asılıdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İordaniya İrana nota verdi
22:38 19.07.2026
Dünya
KİV: İranın daxili işlər naziri Pakistana səfər edəcək
22:17 19.07.2026
Dünya
Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
21:57 19.07.2026
Gündəm
Putin Şimali Koreyanın XİN başçısı ilə görüşdü
21:32 19.07.2026
Dünya
"ChatGPT" çökdü
21:11 19.07.2026
Texnologiya
Türkiyədən Yunanıstana etiraz...
20:49 19.07.2026
Gündəm
FHN çimərliyə gedənlərə xəbərdarlıq etdi
18:57 19.07.2026
Ekologiya
Abbas Əraqçi: Hələ Müctəba Xamenei ilə görüşməmişəm
18:05 19.07.2026
Region
BMT-də Azərbaycanın iqlim və şəhərsalma təcrübəsindən danışılıb
17:13 19.07.2026
Siyasət
Türkiyənin müdafiə naziri Şimali Kiprə gəlib
16:14 19.07.2026
Region
Rusiya Xarkova zərbə endirib, 3 nəfər ölüb, 16 yaralı var
15:57 19.07.2026
Dünya
İranın bu hərəkəti vecimə deyil - Tramp
15:38 19.07.2026
Dünya
Mbappe məğlubiyyəti şərh etdi: Deşama görə...
15:01 19.07.2026
Futbol
Xamenei İranda deyil - KİV
14:45 19.07.2026
Region
Venesuelada zəlzələ qurbanlarının sayı artır
14:30 19.07.2026
Dünya
Masazır sakinləri narazıdır: Camaatı istidə işıqsız qoyublar!
13:57 19.07.2026
Cəmiyyət