“Bu hadisə bizim birlikdə daha güclü olduğumuzu göstərdi” - Darxan Kıdırəli
11:30 29.11.2018
Arxiv
530
"Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi bizim birgə uğurumuzdur. Çünki, Dədə Qorqud Altayalardan Anadoluya uzanan böyük bir coğrafiyada yaşayan bütün türk xalqlarının mənəvi babasıdır.
"Sherg.az" xəbər verir ki, bunu Beynəlxalq Türk Akademiyasının (TWESCO) prezidenti Darxan Kıdırəli deyib.
Azərbaycan xalqını və bütün Türk dünyasını bu önəmli tarixi hadisə münasibəti ilə təbrik etdiyini bildirən TWESCO prezidenti Azərbaycanın bu prosesdə fəallığını yüksək qiymətləndirdiyini bildirib.
Onun sözlərinə görə, dünya əhəmiyyətli mədəniyyət abidəsi olan "Dədə Qorqud” Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan və digər türkdilli ölkələrin birlik, bərabərlik və müxtəlifliyini, xalqlarımızın ailə dəyərlərini təbliğ edir. Bu misilsiz sənət və mənəviyyat abidəsində qadının cəmiyyətdə rolu, qonaqpərvərlik və ədalət prinsiplərini geniş əksini tapır.
TWESCO prezidenti xatırladıb ki, 2015-ci ildə UNESCO-nun Parisdəki Baş qərargahında Azərbaycan Prezidenti İlham Əliyevin fərmanına uyğun olaraq Beynəlxalq Türk Akademiyası "Dədə Qorqud irsi və Türk dünyası" mövzusunda Beynəlxalq simpozium təşkil edib. Həmin simpoziumda Azərbaycan, Qazaxıstan, Türkiyənin UNESCO Milli Komissiyalarının da dəstəyi ilə "Dədə Qorqud”un türk dünyasının ortaq abidəsi kimi təşkilatın Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsinin zəruriliyi qeyd edilib.
Akademiya rəhbərinin sözlərinə görə, həmin il Prezident İlham Əliyevin təlimatı əsasında Altay dağlarında aparılan arxeoloji qazıntılar zamanı türk xalqlarına məxsus ən qədim qopuz nümunəsi də aşkarlanıb. Həmin qopuzun surətləri türkdilli ölkələrin dövlət başçılarına təqdim olunub. Bu gün "Dədə Qorqud” dastanında təsvir olunan yerlərə, ad və toponimlərə Azərbaycan, Qazaxıstan, Türkiyə, hətta Macarıstanda da rast gəlmək mümkündür. Bütün bunlar Dədə Qorqudun bütün türk dünyasının mənəvi sərvəti olduğunu göstərir.
D.Kıdırəli qeyd edib ki, "Dədə Qorqud”la yanaşı Türk dünyasının bir çox maddi və qeyri-maddi mədəniyyət nümunələri artıq beynəlxalq təşkilatın qoruması altındadır. O, xüsusilə Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti kamança hazırlanması və ifaçılıq sənəti, muğam ifaçılığı, aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında olması, həmçinin, Çövkən ənənəvi atüstü oyunu və Yallı ənənəvi qrup rəqsinin təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına salınmasında Azərbaycan dövlətinin, xüsusilə Heydər Əliyev Fondunun böyük əmək sərf etdiyini bildirib. Bütün bunlar Türk dünyasının nə qədər böyük mənəvi mirasa sahib olduğunu gözlər önünə sərir.
Darxan Kıdırəli Türk dünyasının öz ortaq dəyərlərini birlikdə qorumaq və inkişaf etdirmək üçün daha sıx çalışmalı, səylərini birləşdirməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu hadisə bizim birlikdə daha güclü olduğumuzu bir daha əyani şəkildə göstərmiş oldu.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Novaya qazeta" onlayn nəşri xarici agent elan edilib
18:37 04.09.2026
Media
Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb
18:25 04.09.2026
Region
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
18:04 04.09.2026
İnfrastruktur
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
17:42 04.09.2026
Gündəm
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya