Bu işarə ölümün yaxınlaşdığının xəbərçisidir!





Yaşlılarda qoxu duyğusunun həyat müddətinin göstəricisi ola biləcəyi məlum oldu.
ABŞ-dakı Kolumbiya Universitetinin elm adamları, 65 yaş və daha yuxarı yaşı olan 1169 iştirakçıya təxminən 40 fərqli maddə iylətdi.
İştirakçılardan iylədiklərinin nə olduğunu çox variantlı siyahıda işarələmələrini istəyən elm adamları, daha sonra bu kəslərin sağlamlıq vəziyyəti və həyat tərzinə bağlı məlumatları araşdırdı.
Qoxuları ayırd etməkdə çətinlik çəkən 349 adamın bir xəstəlikdən, ya da qəza nəticəsində 4 il ərzində öldüyü təsbit edildi.
Araşdırmaya imza atanlardan Dr Davangere Devanand, ölüm riskinin qoxu duyğusundakı azalmaya bağlı olaraq artdığını ifadə etdi.
Devanand, araşdırmanın yalnız yaşlıları əhatə etdiyinə diqqəti çəkərək irəli yaşda olmayanlar üçün də qoxu duyğusundakı azalmanın ani ölümün göstəricisi olub, olmadığını söyləmək üçün başqa təcrübələrin aparılması lazım olduğunu vurğuladı.
Elm adamları, qoxu duyğusundakı azalmanın yoxlanılmamış ağır bir xəstəliyin əlaməti ola biləcəyinə, ayrıca bəzi "qəzalara" da dəvətnamə gələ biləcəyinə diqqəti çəkdi.
Qoxu duyğusu azalan yaşlıların pozulmuş bir yeməyi yeyə biləcəyi, dəm qazından zəhərlənə, ya da yanğında zəhərlənə biləcəyi ifadə edildi.
Araşdırmanın nəticələri "Annals of Neurology" jurnalında dərc olundu.