Bu məktəb üçnövbəli sistemə keçib: VALİDEYNLƏR ŞİKAYƏTÇİDİR
13:21 17.09.2019
Arxiv
590
Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə üçüncü növbənin tətbiqi valideynlərin narazılığına səbəb olub.
Bu barədə Lent.az -a məlumat verən IV sinif şagirdlərinin valideynləri bildiriblər ki, bunun üçün etirazlarını bildirsələr də, müraciətləri nəzərə alınmayıb:
“Övladımız dərsə 3-ə qalmış gedib, 8-ə işləmiş çıxır. Bu onların həm yuxu rejiminə, həm təhsilinə, həm də ki, qidalanmasına pis təsir göstərir. Bir neçə dəfə bununla bağlı rəhbərliyə müraciət etmişik, cavabda isə deyirlər ki, məktəbdə uşaq çoxdur, yer olmur. Axı hamımız bilirik ki, səhər saatlarında uşaqlar daha yaxşı informasiyanı qavrayırlar, günortadan sonra isə bu eyni olmur, üçüncü növbədə isə vəziyyət daha da pisləşir. Biz sadəcə istəyirik ki, ən azından ibtidailər üçüncü növbəyə salınmasın, bunu dəyişə bilərlər”.
Mövzu ilə bağlı Lent.az -a 9 nömrəli tam orta məktəbdən bildiriblər ki, artıq bir neçə ildir ki, məktəb üç növbəli sistemi tətbiq edib:
“Məktəbə müraciətlər çox olur. Valideynləri geri qaytarmaq mümkün deyil, çünki gedib şikayət edirlər. Ona görə də onların övladlarını qəbul edirik.
Tək bizdə yox, hər yerdə məktəblər 3 növbə ilə işləyir. Siniflərin hamısı eyni növbədə olur. 4-cü siniflərin hamısı da günortadır. Eləcə də VIII, IX, X, XI siniflər səhər növbəsindədirlər”.
Təhsil eksperti Kamran Əsədov isə Lent.az -a açıqlamasında bildirib ki, məktəbdəki növbəni şagird sayına görə Pedaqoji Şura müəyyən edir:
“Hər bir məktəb burada müstəqildir. Elə bir qayda yoxdur ki, məktəb ya birnövbəli, ya ikinövbəli, ya da ki, üçnövbəli olsun. Bu tamamilə məktəbdən asılı olan məsələdir”.
Qeyd edək ki, mövzu ilə bağlı Təhsil Nazirliyinə sorğu göndərmişik. Sorğumuza cavab verildiyi zaman bunu sizinlə bölüşəcəyik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou