“Bu nəsə yeni xəstəlikdir, boğazdan tutur”
19:21 06.10.2015
Arxiv
546
Adil Qeybulla: “Əhali orqanizmin gücləndirilməsinin qayğısına qalmalıdır”
Havalar getdikcə soyuyur, boğaz ağrısı isə bəlkə də, hər iki adamdan birini yaxalayıb. Hətta əhali arasında "bu, nəsə təzə xəstəlikdi, boğazdan "tutur” şayiələri də yayılıb. Həqiqətən də, son günlər boğazı ağrıyan, öskürən insanlara tez-tez rast gəlirik. Bəs, mütəxəssislər nə fikirdədir?
Azərbaycan Dövlət Tibb Universitetinin professoru, tibb elmləri doktoru Adil Qeybulla "Şərq”ə açıqlamasında bildirdi ki, hazırda əhali arasında ən çox yayılan yuxarı tənəffüs yollarının xəstəliyidir ki, bu da əsasən mövsüm dəyişikliyi ilə bağlıdır:
- Mövsüm dəyişikliyi zamanı belə hallar təbiidir. Havaların dəyişməsi, temperaturun enməsi insanların səhhətində bir sıra mənfi halların yaranmasına səbəb olur. Biz həkimlər mövsüm dəyişikliklərində əhalini ehtiyatlı olmağa, səhhətlərinə biganə qalmamağa çağırırıq. Mövsüm dəyişikliyi və havaların soyuması ilə əlaqədar qrip mənşəli virusların yayılma ehtimalı da artır. Xüsusilə də adenovirus, qrip və paraqrip kimi infeksion xəstəliklər. Odur ki, əhali diqqətli olmalıdır.
A.Qeybulla bildirdi ki, çox zaman insanlar qriplə yuxarı tənəffüs yollarının iltihabı xəstəliyini qarışdırırlar. Ümumiyyətlə, elə bir şəxs tapmaq çətindir ki, payız-qış aylarında yuxarı tənəffüs yollarının infeksiyasına bir dəfə də olsun yoluxmasın. Yuxarı tənəffüs yollarının 20-yə yaxın infeksiyası var ki, biz bunların hamısını qrip adı altında ümumiləşdiririk. Virusların təhlükəliliyi onların daim öz formalarını dəyişməsi ilə bağlıdır. Ona görə də, vəziyyətdən asılı olaraq hər il qripə qarşı müəyyən profilaktik tədbirlər görülür. İlkin olaraq, qabaqlayıcı tədbirlərdən başlamaq lazımdır. Yəni kütləvi yerlərdə xəstə insanlarla təmasların azalması, onların yataq rejiminə keçirilməsi və s. kimi tədbirlər görülür. Bilirsiz, iqlimin özündə müəyyən problemlər var. Digər tərəfdən də, havaların qeyri-sabit keçməsi, mütəmadi olaraq havanın temperaturunun qalxıb düşməsi virusların yayılmasına səbəb olur. Viruslardan qorunmaq üçün yaxşı olar ki, vətəndaşlar ictimai nəqliyyatda, müxtəlif ticarət mərkəzlərində, məktəblərdə, müəssisələrdə xəstə adamlarla təmasları azaltsın, xəstə adamlara sağalana qədər işdən məzuniyyət vermək, onları evə göndərmək və yataq rejiminə keçirmək lazımdır. Virusla mübarizə aparmaq onsuz da mümkün deyil. İstənilən tədbir virusun törədə biləcəyi fəsadların qarşısını almağa yönəlir. Bunun üçün də bir sıra vacib şərtlər var ki, onlardan ən əsası karantin elan olunması, əhalinin kütləvi toplaşdığı yerlərdə, məktəblərdə, uşaq bağçalarında, ali təhsil müəssisələrində dezinfeksiya işlərinin aparılmasıdır.
A.Qeybulla havalar soyuduqca xəstəliyə yoluxma ehtimallarının da artacağını dedi:
- İnsanlar da payız-qış aylarında viruslara daha çox və daha tez yoluxur. Bu da immun sistemin zəifliyi ilə əlaqəlidir. Zəif orqanizm viruslara daha tez yoluxur. İnsan xəstələnibsə, deməli, orqanizmi zəifləyib. İlk növbədə orqanizmin gücünü bərpa etmək lazımdır. Bunun üçün də orqanizmin müdafiə qabiliyyətini gücləndirən, vitaminlərlə zəngin qidalar qəbul edilməlidir, insan istirahətə çox vaxt ayırmalıdır ki, orqanizm itirilmiş enerjisini bərpa etsin. Qripə yoluxanda daha çox maye qəbul edilməlidir. Əgər hərarət varsa, hərarətsalıcı maddələrdən və antibiotik preparatlardan istifadə edilməlidir.
Payız-qış aylarında orqanizmin immuniteti zəifləyir və xəstəliklərə qarşı zəif olur. Odur ki, əhali orqanizmin gücləndirilməsinin qayğısına qalmalıdır. Hazırda payız mövsümüdür və vitaminlərlə zəngin meyvələr boldur. İmmun sistemi gücləndirəcək qidalar qəbul edilməli, vitaminlərə üstünlük verilməlidir. Sanitar-gigiyenik qaydalara riayət etmək, kütləvi yerlərdə, nəqliyyatda, əhalinin sıx olduğu yerlərdə tibbi maskalar taxmaq məsləhətdir.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
05:50 05.11.2026
Maraqlı
AnTuTu oktyabr ayının ən güclü Android telefonlarını açıqladı
05:15 05.11.2026
Texnologiya