Bu paltar İranı qarışdırdı

“Ancaq bu şəkildə geyinməyimə çox müsbət reaksiya verən iranlılar da oldu”
Hollandiyanın Avropa Parlamentinə seçilən 36 yaşlı deputatı Marietje Schaake, 6 vəkil yoldaşından olan bir heyətlə İranı ziyarət etdi.
Avropa Parlament heyəti ziyarətləri çərçivəsində İran parlamentinin başçısı Əli Laricanini ilə də görüşdü. Marietje Schaakenin Laricaninin görüşünə özünə xas bir çadrayla getməsi İranda müzakirələrə səbəb oldu. 36 yaşlı Marietje Schaake görüşə saçlarının böyük bir qisimi ilə boyunu və qulaqları açıq bir şəkildə getdi. Şalvar geyən Hollandiyalı millət vəkilinin ayaq biləkləri də göründü. Schaakenin bu şəkildə İran Məclis başçısı Əli Laricaninin qarşısına çıxması dini lider Əli Xomneyinin yaxın ətrafında narahatlıq yaratdı.
İranda həddindən artıq mühafizəkar fikirləriylə tanınan Mehdi Kocakzadeh, Hollandiyalı vəkil üçün, "Sanki bir partiyə gedir kimi” ifadəsini işlətdi. Schaakenin Laricanini bu şəkildə ziyarət etməsi İran Məclisində də sərt müzakirələrə səbəb oldu.
Müzakirələrə bloqundan qatılan Hollandiyalı vəkil Marietje Schaake, "Bir çox mühafizəkar, geyim tərzimi hörmətsizlik saydı və məni mədəni olmamaqla günahlandırdı. Ancaq bu şəkildə geyinməyimə çox müsbət reaksiya verən iranlılar da oldu” dedi.