"Bu peyklər ölkəmizin İKT sahəsindəki təhlükəsizliyinin təmin olunmasına şərait yaradır"
16:17 09.08.2018
Arxiv
788
"Son 10 ildə Azərbaycanda İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) və digər müxtəlif sahələrdə kifayət qədər iri layihələr həyata keçirilib. Bu, birmənalı şəkildə ölkəmizin bütün istiqamətlərdə inkişafını təmin etməyə hesablanıb”.
Bunu "Sherg.az”a Azərbaycanın orbitə çıxarılacaq üçüncü peyki "Azerspace-2”-nin əhəmiyyətindən danışarkən internet-media eksperti Səbuhi Abbasov söyləyib.
O diqqətə çatdırıb ki, İKT sahəsinin inkişafında hər bir ölkənin özünün müstəqil peykə sahib olması şərtdir:
"Bu mənada Azərbaycan da qəti addım ataraq, ilk layihəni reallaşdırdı. Bundan sonra Azərbaycanın həm regionda nüfuzu, həm də İKT bazarına çıxışı təmin olundu. Son beş ildə Azərbaycan beynəlxalq İKT tədbirlərində iştirakçı qismindən çıxaraq, təşkilatçı ölkəyə çevrildi. Rəsmi Bakı beynəlxalq İKT sahəsində bir çox tədbirlərin Azərbaycanda keçirilməsinə nail oldu. Bu, çox böyük uğurdur.
Orbitə çıxarılacaq peyklər ölkəmiz üçün iqtisadi cəhətdən də əhəmiyyətlidir. Bu peyki icarəyə götürən ölkələr, şirkətlər, təşkilatlar ölkə iqtisadiyyatına böyük töhfə verirlər. Ona görə, iqtisadi qazancımızın ilbəil artacağını düşünürəm.
Müxtəlif peyklərimizin orbitə buraxılması ilə Azərbaycan bu məsələdə başqa dövlətlərdən asılılığı da aradan qalxır. Hətta bəzi ölkələr peykimizin müxtəlif istiqamətlərdə olan funksiyalarını icarəyə götürür. Bununla iqtisadiyyata müəyyən vəsait daxil olur”.
S.Abbasov orbitə çıxarılan peyklərimizin sayının artmasını müsbət qiymətləndirir. Onun sözlərinə görə, yeni peyklərin orbitə çıxarılması ölkənin gəlirlərini artıracaq:
"Peyklərin orbitə buraxılmasının bir əhəmiyyəti də təhlükəsizlik məsələsidir. Başqa ölkələrin peyk funksiyalarını istifadə etdikdə təhlükəsizliklə bağlı təhdidlər ola bilir. Ölkəmizə aid peyklərin istifadəyə verilməsi Azərbaycanın İKT sahəsində olan təhlükəsizliyinin təmin olunmasına şərait yaradır. Bu önəmli strateji məqamdır”.
Qeyd edək ki, bu ilin sentyabr ayında orbitə buraxılması planlaşdırılan "Azerspace-2” peyki artıq Fransız Qvianasında yerləşən Kuru kosmodromuna gətirilib. "Azerspace-2” Azərbaycanın orbitə çıxarılacaq üçüncü peyki olacaq.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial