"Bu qoca yaşımda mən də döyüşə gedəcəm” - İCMA SƏDRİ

Bayram Səfərov:"Sülh baş tutmadıqda başqa variantlara baxılacaq"


"Ermənilər hücum edib, Azərbaycan ordusu da cavabını verib”.

Bunu Sherg.az-a cəbhə xəttində ermənilərin təxribat hücumlarının çoxalmasına və onlara məxsus PUA-nın vurulmasına münasibət bildirərkən Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov deyib. 

Onun sözlərinə görə, düşməni məhv etmək üçün Azərbaycan ordusunun hər cür imkanı var: "

Ordumuz, zabitlərimiz, əsgərlərimiz düşmənin cavabını verməyə hər zaman hazırdır. Xalqımız da ordumuzla birlikdə bütün səylə vətənpərvərlik nümayiş etdirir. Ali baş komandanın uğurlu siyasəti bütün bu məsələləri tənzimləməkdə əvəzsizdir.

Hər zaman demişəm ki, ümummilli lider Heydər Əliyev sülh yolunu seçib. Mən də sülhün tərəfdarıyam, istəmirəm ki, əsgərlərimiz şəhid olsun, insan ölümü artsın. Ona görə, ölkə başçısı İlham Əliyev də hər zaman sülhün tərəfdarı olduğunu ifadə edir. Amma bu, baş tutmadıqda başqa variantlara baxılacaq. Ali Baş Komandan əmr edən kimi, qoca kişi olmağıma baxmayaraq mən də döyüşə gedəcəm”.

Ayyət Əhməd