Bu sosial şəbəkə və poçt xidmətinin fəaliyyəti dayandırıldı
15:26 03.04.2019
Arxiv
647
"Google” şirkəti "Google+” sosial şəbəkəsini və "Inbox” poçt xidmətinin işini dayandırıb.
Lent.az ictnews-a istinadla bildirir ki, hazırda "plus.google.com” ünvanına daxil olduqda "Google+” xidmətinin daha adi istifadəçilər və brend hesabları üçün əlçatan olmadığı barəsində məlumat göstərilir.
2018-ci ilin dekabrında internet nəhəngi 2019-cu ilin aprelində "Google+” şəbəkəsinin adi istifadəçilər üçün əlçatmaz olacağını elan etmişdi.
"Google Photo” xidmətində saxlanılmış şəkil və videoların ehtiyat surəti silinməyəcək. Lakin "Google+” xidmətində adi hesabların məzmunu tədricən silinəcək. Bu proses bir neçə ay davam edəcək və bu müddət ərzində məlumatlar əlçatan ola bilər. Hələ ki materiallar silinməyib, onları "Google+”dən yükləmək olar.
"Inbox.google.com” səhifəsinə daxil olduqda isə "Gmail” xidmətinin yeni versiyasına keçmək təklif edilir və məlumat verilir ki, "Inbox” poçt xidmətinin dəstəyi 2019-cu ilin martında bitib və
"Inbox”un bir sıra populyar funksiyaları artıq "Gmail”də əlçatandır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi