Baş nazirin 100 günü yaxınlaşır, əlində bir nailiyyəti yoxdur
Bu, xalqa yanmaq deyil
07:44 13.07.2018
Arxiv
503
Paşinyanın oğlunun Qarabağda xidməti satira mövzusudur
Baş nazirin 100 günü yaxınlaşır, əlində bir nailiyyəti yoxdur
Baş nazirin 100 günü yaxınlaşır, əlində bir nailiyyəti yoxdur
Ermənistan baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən etibarən oğlunu Qarabağa əsgər göndərəcəyini deyir. Əslində erməni mediası yazır ki, Paşinyanın oğlu ümumiyyətlə əsgərliyə getmək istəmir, nəinki ön cəbhəyə. Xeyli müddətdir, erməni gəncləri də üsyan edirlər ki, onlar özgə torpağında ölmək, özlərinə aid olmayan ərazilərdə keşik çəkmək istəmirlər.
Görünən odur ki, Paşinyan məhz imitasiya yaratmaq, erməni gəncləri ürəkləndirmək məqsədi ilə oğlu üzərindən oyun oynayır. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də bəyan edib ki, Paşinyanın oğlunun Dağlıq Qarabağda hərbi xidmət keçməsi ilə bağlı xəbərlər siyasi şouya xidmət edir. Hacıyev bildirib ki, populist Paşinyan hökuməti bu yolla reytinqini və cəmiyyətdə nüfuzunu qorumağa çalışır: "Paşinyan hökumətinin yüz günü yaxınlaşır. Bu yüz gün ərzində ölkənin üzləşdiyi ciddi sosial, siyasi, iqtisadi problemlərin həlli istiqamətində işlər görmək əvəzinə, bu cür yolla öz reytinqlərini saxlamaq istəyirlər”. XİN təmsilçisinin sözlərinə görə, Ermənistan vətəndaşlarının Azərbaycan ərazisində hərbi xidmətə göndərilməsi Ermənistanın təcavüzkar dövlət olmasının növbəti və açıq göstəricisidir: "Bu əməllər regionda sülhün təminatına xidmət etmir”.
Paşinyanın oyunu ilə bağlı "Şərq”ə açıqlama verən politoloq Zaur İbrahimli deyib ki, xalq etirazları dalğasında hakimiyyətə gələn Nikol Paşinyan hələ də siyasi elitanın etimadsızlığı problemini həll edə bilməyib. Onun siyasi dəstəyi daha çox kütlənin rəğbətindən asılıdır:
"Ermənistanda Robert Koçaryan və Serj Sarkisyanın hakimiyyəti illərində formalaşmış biznes və siyasi elita Paşinyana şübhə ilə yanaşır. Ona sırf təsadüf nəticəsində baş nazir postunu ələ keçirən fiqur kimi baxırlar. Hətta niyyətlərini gizlətmirlər ki, qarşıdakı seçkilərdə revanş götürəcəklər. Paşinyan isə kütlənin dəstəyini sona qədər təmin etmək niyyətindədir. Bu məqsədlə populist addımlar atır. Eyni zamanda keçmiş prezidentlərə yaxın biznes qruplarını sıradan çıxarmağa çalışır. Paşinyan üçün əhəmiyyətli amil küçə və meydandan gələcək dəstəkdir. Bütün bu siyasətin tərkib hissəsi kimi Paşinyanın oğlunun Qarabağ bölgəsində xidmət keçəcəyinin reklam edilməsi təbiidir. O, göstərməyə çalışır ki, yenə xalqdan biridir. Bu, ölçülüb-biçilmiş aksiyadır və Paşinyan üçün meydan legitimliyinin təmin edilməsi vasitələrindən biridir. Heç şübhəsiz ki, baş nazirin oğlu hər kəs kimi xidmət etməyəcək. Bunu yəqin ki, erməni cəmiyyəti də yaxşı başa düşür”.
Analitikin sözlərinə görə, Ermənistan cəmiyyətinin düşünən hissəsi bunu siyasi oyun kimi dəyərləndirir:
"Ermənistan KİV-lərində, sosial şəbəkələrdə gedən müzakirələr göstərir ki, bu gediş erməni gənclərinin Qarabağ bölgəsində xidmət barədə düşüncəsini dəyişə bilməz. Azacıq imkanı olan ermənilər bu bölgədə xidmətdən boyun qaçırır. Erməni gəncləri Qarabağda ölümlə üz-üzə qalmaq istəmirlər. Çətin ki, bu yanaşma dəyişsin. Baş nazirin oğlunun Qarabağda xidməti satira mövzusundan başqa bir şey deyil”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou