Buraxılış imtahanının nəticələri sabah açıqlanacaq




Martın 17-də IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının birinci mərhələsi üzrə nəticələr sabah elan ediləcək.

ONA-nın xəbərinə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, 31 martda keçirilmiş imtahanların nəticələri isə mayın 6-da elan olunacaq.