Buraxılış imtahanlarında ŞOK nəticələr alınıb

9-cu sinif şagirdlərinin 54.27 faizi, 11 sinif şagirdlərinin 44,16 faizi ana dilindən “2” və “3” alıb



Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 2-də keçirilən buraxılış imtahanlarına dair statistik məlumatları açıqlayıb. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 55.85.%-i ana dili fənni üzrə, 57.98%-i riyaziyyat fənni üzrə "2” və "3” qiyməti alıblar. Həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 44.15%-i, riyaziyyat fənni üzrə isə 42.02 %-i "4” və "5” qiyməti alıb.
Rus bölməsində isə buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 45.56.%-i ana dili fənni üzrə, 44.16%-i riyaziyyat fənni üzrə "2” və "3”, ana dili fənni üzrə şagirdlərin 54.44%-i, riyaziyyat fənni üzrə isə 55.84 %-i "4” və "5” qiyməti alıb.
56 nəfər maksimum nəticə göstərərək 60 bal toplayıb.

Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin 45.67.%-i ana dili fənni üzrə, 35.39%-i riyaziyyat fənni üzrə "2” və "3” alıb. Həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 54.32%-i, riyaziyyat fənni üzrə isə 64.62 %-i "4” və "5”lə qiymətləndirilib.
Rus bölməsində isə buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin 36.85.%-i ana dili fənni üzrə, 27.32%-i riyaziyyat fənni üzrə "2” və "3”, ana dili fənni üzrə şagirdlərin 63.15%-i, riyaziyyat fənni üzrə isə 72.68 %-i "4” və "5” qiyməti alıb.
165 nəfər maksimum nəticə göstərərək 90 bal toplayıb.