"Son vaxtlar yol infrastrukturunun təşkilində keyfiyyət göstəriciləri əsas götürülür. İnsanlara lazım olan ehtiyacın və tələbatın ödənilməsi də təmin edilir.
"Bütün keçidlərdə əlillər üçün panduslar mütləq olmalıdır" - EKSPERT
16:30 09.08.2018
Arxiv
1142
"Bakı şəhərində yol hərəkətinin təşkilini dünya standartlarına uyğun yerinə yetirməyə çalışırlar”.
Bunu "Sherg.az”a əlillər üçün pandusların və eskalatorların quraşdırılmadığı bəzi piyada keçidlərində yaranan çətinliklərdən danışarkən nəqliyyat sahəsi üzrə ekspert Fərhad Eyyubov deyib.
O diqqətə çatdırıb ki, paytaxtın piyada keçidlərində eskalatorların, pandusların quraşdırılması yol nəqliyyat mədəniyyətinə uyğunlaşdırılır:
"Son vaxtlar yol infrastrukturunun təşkilində keyfiyyət göstəriciləri əsas götürülür. İnsanlara lazım olan ehtiyacın və tələbatın ödənilməsi də təmin edilir.Yol hərəkətinin təşkilinə kompleks yanaşmaq lazımdır. Piyada keçidləri bəzi yerlərdə yalnız işarələnib, amma müvafiq lövhələr qoyulmayıb. Ağ xətlərlə işarələnməyən bir sıra yollarda isə keçməyə icazə verilir. Elə yerlər var, piyadaların keçməsi hər bir halda qadağandır. Bu zaman yeraltı və yerüstü qapalı keçidlərdən istifadə olunur.
Avtobusların həm minmə, həm düşmə zamanı, həm də piyada keçidlərinin qarşısında hesablanmış şəkildə panduslar qoymaq olar. Yalnız bir hissədə bu addımı həyata keçirməklə tələbatı tamamilə ödəmək olmur. Məsələn, indi yeni panduslar quraşdırıblar. Müşahidə aparsaq görərik ki, panduslar quraşdırılan bəzi hissələrdə onlara çox da ehtiyac yoxdur.”.
F.Eyyubovun fikrincə, əlillər yaşayan binaların yaxınlığında, müxtəlif obyektlərin, xəstəxanaların ətrafında və ümumiyyətlə, bütün keçidlərdə əlillər üçün panduslar mütləq olmalıdır:
"Amma bütün şəhərdə pandusları quraşdırmaqla yol nəqliyyatının problemlərini tamamilə həll etmək mümkün olmayacaq. Yüzlərlə problem, narahatlıq doğuran məqamlar var. Sadəcə, lazım olan yerlərdə panduslar quraşdırılsa, qalan vəsait digər ciddi problemlərin həllinə sərf edilə bilər. Etiraf etməliyik ki, yol hərəkətinin təşkilində çoxsaylı problemlər qalmaqdadır. İstənilən halda, yol mədəniyyətinin inkişaf etdirilməsi və problemlərin aradan qaldırılması istiqamətində atılan addımları alqışlayıram”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial