Çağırış: "Su filtirçiləri əhalini aldadır" - “Azərsu”nun reaksiyası niyə gecikib ?

"Hər zaman su filtirçilərinin əhalini aldatması barədə Azad İstehlakçılar Birliyinə şikayətlər daxil olub”.
Bu sözləri "Sherg.az”a açıqlamasında "Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov deyib.
Ekspert hazırda 20-yə yaxın sul filtiri satanların olduğunu qeyd edib:
"Onların 6-si satışları internet üzərindən həyata keçirir. Beləliklə məhsulu satdıqdan sonra hansısa problem yaşansa belə vətəndaş pulunu geri ala bilmir.
4 il əvvəl Marseldə Dünya Su Konqresində iştirak etdikdən sonra "Azərsu"nun su təmizləmə anbarlarında ictimai monitorinq apardım. 
Düşünürəm ki, "Azərsu” suyu normal səviyyədə təmizləyir. Lakin bəzən bizə şikayətlər daxil olur ki, krandan lilli, qoğlu su gəlir. Bəli, bu problemlər mövcuddur. "Azərsu"nun paylama sistemi həddindən artıq köhnəlib. Harda qəzalar baş verirsə, orda camaat 1-2 gün lilli sudan istifadə edir”.
E.Hüseynov bildirib ki, su filtirçilərinə yol açan məqamlardan biri yeni tikilmiş binaların "Azərsu”ya tabe olmayan su anbarlarının olmasıdır: 
"Həmin anbarlarda böyük problemlər yaşanır. Ona görə də, yeni tikilmiş bina sakinləri öz anbarlarının təmiz saxlanması məsələsini həll etməlidirlər. Bu durumdan istifadə edən su filtiri satıcıları primitiv təcrübələr keçirir. Azad İstehlakçılar Birliyində həmin təcrübə keçən aparatların hamısı var. 
Təsadüfi deyil ki, ofisimizə Məkkədən dünyanın ən təmiz və və satışda olmayan zəm-zəm suyunu, Nyu-Yorkdan və Rusiyadan isə krandan gələn suyu gətirmişəm. Həmin sular üzərində primitiv təcrübələri apardıq. Əslində həmin təcrübələrin heç bir elmi əsası yoxdur. 
Suyu yaxşı analiz etmək üçün onun 30-a qədər kompanentini araşdırmışıq. Lakin çox təəssüflər olsun ki, illər boyu bu problem var. Amma "Azərsu” bu problemə hələ yeni reaksiya göstərir. Su filtirçiləri öz bazarlarını irəlilətsin deyə, Azərsuyun fəaliyyətini heçə endirirlər. Düşünürəm ki, bu olduqca yanlış bir mövqedir”.
Qeyd edək ki, "Azərsu” Açıq Səhmdar Cəmiyyətindən əhaliyə xəbərdarlıq edilib. ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, Bakı və Bakıətrafı ərazilərdə bəzi işbazlar əhaliyə verilən içməli suyun tərkibinin insan orqanizminə zərərli olması ilə bağlı şayiələr yayır, vətəndaşlara bahalı qiymətə su filtirləri təklif edirlər.
Yeganə Bayramova