Maddi baxımdan insanların haqqına girirlər. Dinə aidiyyəti olmayan şəxslər bu bayramı özləri üçün fürsət hesab edirlər. Ticarət edə bilərlər, amma həddi aşmaq, kiminsə haqqına girmək lazım deyil.
Çağırış:"Küçələrdə qurban kəsimi ilə məşğul olanlara qarşı tədbir görülməlidir”
17:06 09.08.2018
Arxiv
1122
"Aidiyyəti qurumlar Qurban bayramı ərəfəsində ət kəsiminin sanitar-gigiyenik şəkildə həyata keçirilməsi ilə bağlı müəyyən tədbirlər görsələr də bu, kifayət etmir”.
Bu barədə "Sherg.az”a şərqşünas Seyid Camal Əzimbəyli danışıb.
O qeyd edib ki, hələ də şəhərdə "halal kəsim” adı altında kütləvi şəkildə anti-sanitar şəraitdə qurbanlar kəsilir:
"İnsanların sağlamlığına, rahatlığına zərər vuracaq halların şahidi oluruq. Azərbaycan dünyəvi ölkə olsa da, Qurban bayramı bizdə yüksək səviyyədə qeyd edilir. Bu, sevindirici hadisədir. Lakin hər il Qurban bayramı sanki dəllalların bayramına çevrilir.
Maddi baxımdan insanların haqqına girirlər. Dinə aidiyyəti olmayan şəxslər bu bayramı özləri üçün fürsət hesab edirlər. Ticarət edə bilərlər, amma həddi aşmaq, kiminsə haqqına girmək lazım deyil. Küçədə harada gəldi qurbanların kəsilməsi, halal qurbanlıq olan heyvanın qalıqlarının, baş-ayağının, içalatının günlərlə küçələrdə qalması şəhərdə anti-sanitar vəziyyət yaradır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTİQ)ət kəsimi üçün konkret yerlər müəyyən edib, xəbərdarlıqlar yayımlayıb. Aidiyyəti qurumlar sistemli şəkildə tədbir görəcəklərsə, bu təqdirəlayiqdir”.
C.Əzimbəyli adi günlərdə belə sallaqxanalarda ət kəsiminin sanitar-gigiyenik qaydalara riayət edilmədən aparıldığını xatırladıb:
"Qəssablar kəsdikləri heyvanların qalıqlarını zibil yeşiklərinin yaxınlığına atırlar. Düşünün, Qurban bayramı ərəfəsində vəziyyət necə olacaq?! Bu, İslam mədəniyyətinə, insanlıq adına yaraşmayan addımlardır. Bu dinin çağırışı və qadağaları deyil, içdən vicdan və əxlaq məsələsidir. Elə yerlər var ki, qurban kəsilir, səhəri gün binadan bayıra çıxmaq mümkün olmur. Ona görə, hesab edirəm ki, rahat şəkildə küçələrdə kimlərəsə arxayın olub, qurban kəsimi ilə məşğul olan şəxslərə qarşı tədbir görülməlidir”.
Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, Qurban bayramı ilə əlaqədar çadırlarda heyvan kəsiminin təşkil olunması üçün ən optimal yerlər müəyyən olunub. Bildirilib ki, AQTA-nın səlahiyyətli şəxsləri yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birlikdə yerlərdə monitorinqlər keçirib. Agentlik bayram günlərində küçə və yol kənarlarında qurbanlıq heyvan satmaq və ya kəsmək istəyən şəxslərə yerli İcra Hakimiyyəti orqanları tərəfindən yaradılacaq kəsim məntəqələrinin xidmətlərdən istifadə etməyi tövsiyə edir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial