Cahangir Hacıyevin məhkəməsi vəkillərin prosesə gəlməməsi səbəbindən təxirə salınıb





 Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 21-nə təxirə salınıb.
APA-nın məlumatına görə, prosesin fasilədən sonra davam etdirilməsi nəzərdə tutulsa da, vəkillər Azər Tağıyevlə Aqil Layıcovun iclasa gəlməməsi səbəbindən məhkəmə baş tutmayıb.
Hakim prosesin sentyabrın 21-də davam etdiriləcəyini elan edib.