Cahangir Hacıyevin məhkəməsinə 6 nəfər məcburi gətiriləcək
09:59 09.09.2016
Arxiv
442
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə vəkil Fəxrəddin Mehdiyev bildirib ki, Cahangir Hacıyev indiyə qədər keçirilən prosesin protokolarını görmək istəyir.
Hakim bildirib ki, protokollar məhkəmə bitəndən sonra 3 gün ərzində tərəflərə təqdim olunacaq.
Şahid Emma Həsənova ifadə verib. O bildirib ki, təqsirləndirilən Azad Cavadovun keçmiş həyat yoldaşının anasıdır. E.Həsənovanın sözlərinə görə, keçmiş kürəkəninin xahişi ilə kredit müqaviləsinə qol çəkib, ancaq pul almayıb.
Bankın Səbael filialının müdiri Ehtiram Əliyev ifadə verib. O, ifadəsində kredit ayrılmasından danışıb. Şahid bildirib ki, şəxsən Cahangir Hacıyevdən qanunsuz göstəriş almayıb.
Azad Cavadovun keçmiş arvadının qardaşı Ələkbər Həsənov ifadəsində bildirib ki, ad günündə Azada xəncər hədiyyə edib. O deyib ki, həmin xəncəri "28 May” metrostansiyasının yaxınlığından alıb. Qeyd edək ki, həmin xəncərə görə Azad Cavadova silah saxlama maddəsi ilə ittiham verilib.
Məhkəmədə Sabunçu filialının müdir müavini Niyaz Kərimzadə ifadə verib. O, ifadəsində qeyd edib ki, bir dəfə filial müdiri bankda olmadığı üçün kredit müqaviləsinə qol çəkib. N.Kərimzadə Rasim Mehdiyev adlı şəxsə 750 min dollar kredit verdiyini deyib.
Hakim bildirib ki, şahid qismində 6 nəfər qalıb. Onlar barəsində məcburi gətirilmə ilə bağlı qərar qəbul edilib. İclas sentyabrın 14- ə qalıb.
Qeyd edək ki, C. Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) maddələri üzrə ittiham edilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media